Alternative content

18:43 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafandan
Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafandan
ANA SƏHİFƏ / Məktublar
10:05 22.05.2018


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvləri adından təbrik etməkdən məmnunluq duyuram.

Əminik ki, prezidentliyinizin dördüncü dönəmində Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında bütün sahələrdə, o cümlədən ümumi təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizmə qarşı mübarizə, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli yollarının axtarılması, gələcək strateji tərəfdaşlığa dair saziş çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi, sərmayə qoyuluşunun və enerji mübadiləsinin, ikitərəfli mədəni əlaqələrin inkişafı, frankofoniyanın təbliği və digər istiqamətlərdə dostluq münasibətləri daha da güclənəcək.

Cənab Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Pyer Alen Rafan

Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri