22 May 2018 09:05
326
Məktublar
A- A+

Kinodramaturq, kinorejissor, Rusiya Kinematoqrafiya Sənəti və Elmləri Akademiyasının vitse-prezidenti, Rusiyanın Əməkdar İncəsənət Xadimi, RSFSR-in və Rusiya Federasiyasının Dövlət Mükafatları laureatı Aleksandr Borodyanskidən


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Ölkənizin sürətli inkişafını müşahidə etdikcə Sizin gündən-günə gözəlləşən paytaxtınıza heyran oluram, Azərbaycan xalqının növbəti dəfə öz ölkəsinin rəhbərini tamamilə düzgün seçməsinin səbəbini anlayıram.

İlham Heydər oğlu, mən səmimi və açıq danışan insanam. Nə düşünürəmsə, onu da yazıram. Dünyanın ən gözəl və müasir paytaxtlarından birinə çevrilmiş Bakını görəndən sonra şadam ki, Heydər Əliyevin Azərbaycanın gözəl gələcəyi barədə arzuları həyata keçirilir. Geniş yayılmış və o qədər də yaxşı mənada işlənilməyən bir ifadə var – “Moskvanın əli”. İcazə verin, başqa bir ifadədən istifadə edim və onu ən yaxşı mənada işlədim – “Bakının əli”. Parisdə Versal sarayının parkındakı mədəniyyət abidələrinin və Luvrda İslam incəsənəti şöbəsinin bərpasında “Bakının əli”. Berlin qəsrinin bərpası işlərində “Bakının əli”. Romada, Kapitoliya muzeylərində “Filosoflar zalı”nın bərpasında “Bakının əli”. Bakıda olarkən mən təkcə şəhərin deyil, insanların da gözəlləşdiyini gördüm. Onlar daha qəşəng görünürlər. Səliqəli geyinən insanlar müasir avtomobillərdə valehedici yollarda və nadir körpülərdə gəzirlər.

Mən, 50 ildən çox iş təcrübəsi olan kinematoqrafçı kimi, hansı ölkədə olsam, həmin ölkədə həqiqi kinonun olub-olmaması ilə maraqlanıram. Dünyanın bir sıra ölkələrində oxuyan, rəqs edən insanlar görmüşəm. Lakin tamaşaçını valeh edən əsl kino heç də bütün ölkələrdə yoxdur. Mən şadam ki, Azərbaycanda belə kino var! Aprelin axırlarında Bakıda mənə tamaşa etmək xoşbəxtliyi nəsib olmuş Heydər Əliyev haqqında film məni buna inandırdı. Bu film məni valeh etdi! Rusiyada hamı kimi, mən də Heydər Əliyevi görkəmli dövlət xadimi, yeni Azərbaycan dövlətinin banisi kimi tanıyırdım. Heydər Əliyevin həyatının bu filmdə bəhs edilən, Rusiyada məlum olmayan səhifələri sayəsində mən həqiqətən nadir bir şəxsiyyət gördüm! Filmi bizdə, Rusiyada çox məşhur olan və hörmət bəslənən Vaqif Mustafayev çəkib. O, dünya kinematoqrafında da çoxsaylı beynəlxalq festivalların mükafatlarının sahibi kimi məşhurdur. Vaqifin filmi məni – 70-dən çox filmin müəllifini elə ilk kadrlardan cəlb etdi. Bu filmə baxdıqca həmin əsərin qəhrəmanına o dərəcədə yaxınlıq hiss etdim ki, filmin sonuna qədər ona görə həyəcan keçirirdim. Onun düşmənləri mənim düşmənlərim, onun qələbələri mənim qələbələrim oldu.

Düşünürəm ki, bu filmin bütün gələcək tamaşaçıları onların milli mənsubiyyətindən asılı olmayaraq, özlərini filmin qəhrəmanına bənzədəcəklər. Ona görə ki, bu filmin ağıllı, nəcib, igid və cəlbedici qəhrəmanı ölkənin təhlükəsizliyinin keşiyində qətiyyətlə dayanmaqla bərabər, həm də günahsız insanları xilas edir. Yeri gəlmişkən, Vaqifin ssenarisi belə də adlanırdı – “İnsanları xilas etməyə gəlirəm”. Məni sevindirən bu oldu ki, filmin ərsəyə gəlməsində Rusiyanın çoxsaylı məşhur kino xadimləri və tanınmış aktyorlar məmnuniyyətlə iştirak ediblər. Bu film özünün yüksək bədii və texniki səviyyəsinə görə, heç şübhəsiz, dünya səviyyəli kinematoqraf əsəridir. Buna görə də eşidəndə ki, Hollivud bu filmin yaradılmasına qoşulub, əsla təəccüblənmədim.

Hörmətli İlham Heydər oğlu, bu film Sizin rəhbərlik etdiyiniz ölkənin həyatının bütün sahələrində, o cümlədən incəsənətdə də qazandığınız nailiyyətlərin daha bir parlaq sübutudur.

Hörmətlə,

 

Aleksandr Borodyanski,

Kinodramaturq, kinorejissor, Rusiya Kinematoqrafiya Sənəti və

Elmləri Akademiyasının vitse-prezidenti, Rusiyanın Əməkdar İncəsənət Xadimi,

RSFSR-in və Rusiya Federasiyasının Dövlət Mükafatları laureatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video