Alternative content

19:47 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Konstitusiya Məhkəməsinin Plenumunun qəbul etdiyi qərarlar respublikamızda uğurla həyata keçirilən məhkəmə-hüquq islahatlarına mühüm töhfə verir
Konstitusiya Məhkəməsinin Plenumunun qəbul etdiyi qərarlar respublikamızda uğurla həyata keçirilən məhkəmə-hüquq islahatlarına mühüm töhfə verir
ANA SƏHİFƏ / Konstitusiya məhkəməsi
01:09 06.09.2012
 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev sentyabrın 5-də ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay ilə görüşmüşdür.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, F.Abdullayev qonağı salamlamış, Konstitusiya Məhkəməsinin beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT ilə əməkdaşlığının hüquq sisteminin müasirləşdirilməsi və ədalət mühakiməsinin təkmilləşdirilməsi üçün vacib olduğunu qeyd etmişdir.

Eyni zamanda, xüsusi olaraq vurğulanmışdır ki, keçən 14 il ərzində Konstitusiya Məhkəməsinin Plenumunun qəbul etdiyi 230 qərar və 52 qərardadla Konstitusiya Məhkəməsi Konstitusiyanın prinsip və dəyərlərini təmin etməyə çalışmışdır. Həmin qərarlar öz növbəsində digər məhkəmələr və dövlət orqanları üçün praktiki əhəmiyyət kəsb etməklə yanaşı, respublikamızda uğurla həyata keçirilən məhkəmə-hüquq islahatlarına mühüm töhfə verir.

Səfir Koray Tarqay ATƏT-in Bakı ofisinin Azərbaycan Respublikasının məhkəmə orqanları, o cümlədən Konstitusiya Məhkəməsi ilə hüquqi əməkdaşlıqda maraqlı olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, hakim və məhkəmə əməkdaşları üçün təşkil olunan təlimlər Avropa məhkəmə praktikası ilə yaxından tanış olmağa və öz fəaliyyətində tətbiq etməyə geniş imkanlar verir.

Səfir Koray Tarqay, 2013-cü ildə Konstitusiya Məhkəməsinin 15 illik yubileyinə həsr edilmiş tədbirlərdə ATƏT-in ekspertlərinin iştirakını təklif etmişdir.

ATƏT rəsmisi həmin gün Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 132.1.1-ci və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair Goranboy Rayon Məhkəməsinin müraciətinə baxılması ilə bağlı iclasında da iştirak etmişdir.