Alternative content

08:09 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Moskva Beynəlxalq Mühəndislik Akademiyasının ümumi yığıncağına azərbaycanlı alim sədrlik edib
Moskva Beynəlxalq Mühəndislik Akademiyasının ümumi yığıncağına azərbaycanlı alim sədrlik edib
ANA SƏHİFƏ / Elm və texnika
12:05 22.05.2018

 

Moskva Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) 2017-ci ildəki fəaliyyətinin yekunlarına dair ümumi yığıncaq keçirilib.

AZƏRTAC xəbər verir ki, ümumi yığıncağın işinə sədrlik tədbir iştirakçılarının yekdil qərarı ilə Azərbaycan Mühəndislik Akademiyasının (AMA) vitse-prezidenti akademik Əhəd Canəhmədova həvalə olunub. Akademik Əhəd Canəhmədov AMA-nın 2017-ci ildəki fəaliyyəti barədə ətraflı məlumat verib.

BMA-nın prezidenti akademik Boris Qusev 12 ölkədən akademiyanın üzvü olan 230 nəfərin iştirak etdiyi yığıncaqda hesabat məruzəsi ilə çıxış edib.

Yığıncaq ərəfəsində Moskvada nəşr olunan “İnjenernaə Qazeta”nın may nömrəsində Azərbaycan Mühəndislik Akademiyasının (AMA) prezidenti akademik Arif Paşayevin “Yolların kəsişməsində və elmi istiqamətlər” sərlövhəli geniş məqaləsi dərc edilib.

Qəzetin həmin nömrəsi yığıncaq iştirakçılarına paylanıb. Müəllif məqalədə müasir elmi-texniki nailiyyətlərə əsaslanmaqla ölkəmizin dayanıqlı iqtisadi strategiyasının formalaşmasında həm transregional “Şərq-Qərb” dəhlizinin, həm də neft-qaz sektorunun inkişafı istiqamətində görülən işlərdən ətraflı bəhs edib.

Akademik Arif Paşayevin məqaləsi tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Ümumi yığıncaqda, həmçinin Beynəlxalq Mühəndislik Akademiyasının nizamnaməsinə dəyişiklik edilib və müvafiq qərarlar qəbul olunub.