Alternative content

09:59 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV DİN İdman Cəmiyyətinin komandası beynəlxalq turnirdə bürünc medal qazanıb
DİN İdman Cəmiyyətinin komandası beynəlxalq turnirdə bürünc medal qazanıb
ANA SƏHİFƏ / İDMAN
12:05 22.05.2018

 

Belarusun paytaxtı Minskdə MDB dövlətlərinin güc qurumları arasında daşqaldırma növü üzrə turnir keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilk dəfə keçirilən yarışda DİN-in idmançı əməkdaşları da iştirak ediblər.

Nazirliyin İdman Cəmiyyətinin komandası yarışa beş iştirakçı ilə qatılıb. Turnirdə 70, 75, 80, 90 və 90 kiloqramdan yuxarı çəki dərəcələrində müvafiq olaraq, Anar Abdullayev, Elvin Dövlətov, Təbriz Məmmədov, Müşfiq Hüseynov və Ruslan Kübərov güclərini sınayıblar. Yığmamız bu turnirdə bürünc medala sahib olub.

Qeyd edək ki, komandamızı bu yarışa DİN İdman Cəmiyyətinin Sumqayıt Regional Qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Firudin Tağıyev hazırlayıb.

Komandamızın rəhbəri, cəmiyyətin idmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov ölkəmizdə idmanın bu növü üzrə daxili işlər orqanlarının əməkdaşları arasında müntəzəm yarışların keçirildiyini bildirib. O, əməkdaşların asudə vaxtlarda bu idman növü ilə məşğul olduqlarını, onların hazırlıq səviyyələrinin daha yüksək nəticələrin qazanılacağını deməyə əsas verdiyini, polis idmançılarımızın ildən-ilə təcrübələrini artırdığını diqqətə çatdırıb.