Alternative content

14:07 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “AzerGold” QSC AzMİU-nun müəllim heyəti üçün Çovdar filiz emalı sahəsinə tanıtım səfəri təşkil edib
“AzerGold” QSC AzMİU-nun müəllim heyəti üçün Çovdar filiz emalı sahəsinə tanıtım səfəri təşkil edib
ANA SƏHİFƏ / ELANLAR
12:05 22.05.2018

 

Mayın 20-də “AzerGold” QSC Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllim heyəti üçün Çovdar filiz emalı sahəsinə tanıtım səfəri təşkil edib. Müəllimləri Çovdar filiz emalı sahəsinin fəaliyyəti haqqında məlumatlandırmaq mədsədi daşıyan səfər filiz emalı sahəsində təhlükəsizlik qaydaları ilə tanışlıqdan başlayıb. Daha sonra müəllimlərə laboratoriyanın iş prinsipi, filiz emalı sahəsində çalışanlara yaradılan şərait, həmçinin qiymətli metalların hasilat və emal prosesi barədə ətraflı məlumat verilib. Qızıl çıxımı, müasir texnologiyaların tətbiqi və ətraf mühitin qorunması nöqteyi-nəzərindən MDB məkanında lider mövqe tutan Çovdar filiz emalı sahəsinin fəaliyyəti müəllim heyətində böyük maraq doğurub. 

Qeyd edək ki, tanıtım səfəri 2017-ci ilin noyabr ayında Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində baş tutub. İki qurum arasında nəzərdə tutulan birgə fəaliyyət planına uyğun olaraq Çovdar filiz emalı sahəsində  dörd tələbənin fevral ayında başlayan istehsalat təcrübəsi bu ay başa çatıb. Təcrübə zamanı tələbələr tikinti sahəsində təhlükəsizlik tədbirləri, sənədləşdirmə işləri, topa qələviləşdirmə sahəsinin tikintisi, tikintidə istifadə olunan ofis proqramları (MS Office, AutoCAD, ArchiCAD, Tekla), tikinti-quraşdırma, həmçinin müxtəlif materiallar üçün tələb olunan testlər və tikinti obyektinin istismara qəbulu haqqında biliklər əldə ediblər. Bundan əlavə, cari ilin aprel ayında “AzerGold” QSC-nin əməkdaşları tərəfindən AzMİU-da “Karyerada ilk addımlar” mövzusunda təşkil olunan seminarda tələbələrə CV-nin tərtib edilməsi və müsahibədə davranış qaydaları haqqında ətraflı məlumat verilib.

Bu il ərzində həmçinin “AzerGold” QSC-nin əməkdaşları tərəfindən AzMİU-nun bakalavr və magistr dərəcələrində təhsil alan tələbələri üçün müvafiq proqramlar üzrə master-klassların keçirilməsi, konkret nümunələr üzərində tədqiqatların aparılması, AzMİU-nun müəllim və tələbələri tərəfindən dağ-mədən və tikinti sahəsində istifadə olunan avadanlıqların, texnologiyaların tətbiqi və təhlili istiqamətində təkliflərin verilməsi nəzərdə tutulub.

 

“Azərbaycan”