21 May 2018 11:05
513
İDMAN
A- A+

Topaz Premyer Liqası: “Qarabağ” sonuncu turda “Qəbələ”ni məğlub edib

Mayın 21-də Topaz Premyer Liqasında sonuncu turun oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Azərsun Arena”da baş tutan oyunda çempionluğunu vaxtından əvvəl təmin etmiş "Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlib. Çempionatın iki liderinin qarşıdurmasında ağdamlılar 1:0 hesabı ilə qələbə qazanıb. Oyunda yeganə qolun müəllifi 22-ci dəqiqədə hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Dani Kintana olub.

Beləliklə, yekun turnir cədvəlində “Qarabağ” 65 xalla birinci, “Qəbələ” 49 xalla ikinci, “Neftçi” isə 46 xalla üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə isə müvafiq olaraq, “Zirə” (44), “Sumqayıt” (40), “Keşlə” (31), “Səbail” (23) və “Kəpəz” (14) klubları yer alıb.

“Qarabağ” - “Qəbələ” qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib. "Qarabağ"a qızıl, "Qəbələ"yə gümüş, "Neftçi" klubuna isə bürünc medallar təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video