21 May 2018 11:05
595
Səfərlər
A- A+

Ali qonağın şərəfinə

Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin şərəfinə rəsmi ziyafət verilib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Serbiya Prezidenti ilə keçirdiyi görüşlərin ölkələrimiz arasında xüsusi əməkdaşlıq formatı yaratdığını dedi. Dost və strateji tərəfdaş olan ölkələrimiz arasında bir neçə il öncə imzalanan strateji tərəfdaşlıq haqqında Bəyannamənin və bu səfər çərçivəsində imzalanan strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının əhəmiyyətini vurğulayan dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin çox güclü təməl üzərində qurulduğunu qeyd etdi. Prezident İlham Əliyev bundan sonra da Azərbaycan ilə Serbiya arasında müxtəlif sahələr üzrə məsləhətləşmələrin davam etdiriləcəyinə əminliyini ifadə etdi, ölkələrimizin qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan əlaqələrinin əhəmiyyətini vurğuladı.

Serbiya Prezidenti Aleksandr Vuçiç yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə təşəkkür etdi. Ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu deyən Serbiya Prezidenti bu münasibətlərin qarşılıqlı inama və etimada söykəndiyini bildirdi. Qeyd etdi ki, ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanlar var. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən möhtəşəm işlərin şahidi olduğunu deyən Aleksandr Vuçiç Azərbaycan ilə Serbiya arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi üçün münbit şəraitin yaranmasının əhəmiyyətini vurğuladı.

Sonda Serbiya dövlətinin başçısı ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını çatdırdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video