Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

20:35 16 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bilik Fondu gənc tədqiqatçıları sabahın mütəxəssisləri ilə görüşdürüb
Bilik Fondu gənc tədqiqatçıları sabahın mütəxəssisləri ilə görüşdürüb
ANA SƏHİFƏ / Elm və texnika
08:05 21.05.2018

Mayın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Bakı Neft-Energetika Kollecində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə neft amili” mövzusunda “dəyirmi masa” keçirilib.

Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, tədbirdə kollec direktorunun müavini Hüseyn Hüseynov Cümhuriyyət dövrü tarixinin hər bir azərbaycanlı tərəfindən öyrənilməsinin vacibliyini vurğulayıb.

Fondun mətbuat katibi Ceyhun Musaoğlu təmsil etdiyi qurum tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verib.

“Dəyirmi masa”da AMEA Neft və Qaz İnstitutunun Gənc alim və Mütəxəssislər Şurasının sədri, yer elmləri üzrə fəlsəfə doktoru Rəqsanə Əsgərovanın “Cümhuriyyət dövründə təbii sərvətlərin istifadəsi”, sədrin müavini Yeganə Hacıyevanın “Azərbaycan Xalq Cümhuriyyəti dövründə neft sənayesinin inkişafı”, gənc mütəxəssislər – Naidə İskəndərqızının “İlk neftçıxarma üsulu”, Zəhra Xanbutayevanın “Cəmiyyətin inkişafında neftin rolu”, Aysel Məmmədovanın “Neft texnologiyasının inkişaf mərhələləri”, Elnarə Ağayevanın “İkinci Dünya müharibəsində Azərbaycanın neft amili” mövzularında məruzələri dinlənilib.

Natiqlər Cümhuriyyət dövründə neft amilinin hökumətin fəaliyyətində ciddi problemlərə gətirib çıxartdığını diqqətə çatdırıb, xarici dövlətlərin “qara qızıla” olan hərislikləri nəticəsində müstəqilliyimizin təhlükə altına düşdüyünü bildiriblər. Onlar xüsusən müstəqilliyin bərpasından sonra ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə qurulan neft strategiyasının xalqımız və dövlətimiz üçün faydasını qeyd ediblər.

Sonda tələbələrin sualları cavablandırılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM