Alternative content

15:58 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Həftədə üç dəfə idmanla məşğul olmaq ürək sağlamlığı üçün yetərli deyil
Həftədə üç dəfə idmanla məşğul olmaq ürək sağlamlığı üçün yetərli deyil
ANA SƏHİFƏ / Səhiyyə
08:05 21.05.2018

Alimlərin qənaətinə görə, həftədə üç dəfə idmanla məşğul olmaq arteriyaların sağlamlığını qorumaq üçün yetərli deyil.

AZƏRTAC “The Journal of Physiology” nəşrinə istinadla xəbər verir ki, hər hansı fiziki fəallığın ürək-damar sisteminə faydalı olmasına baxmayaraq, arteriyaların və ürəyin qocalmasının qarşısını almaq üçün həftədə beş-altı gün idmanla məşğul olmaq lazımdır.

Alimlər yaşı 60-dan yuxarı 100 nəfərin fiziki fəallığı üzərində müşahidə aparıblar. Ən azı 25 il idmanla məşğul olan bu insanları iki qrupa – həftənin iki gününü fiziki məşğələlərə ayıranlara və beş-altı gün məşq edən peşəkar idmançılara bölüblər. Alimlərin məqsədi bu iki qrupa daxil olanların arteriyalarında və damarlarında gedən qocalma prosesini müəyyən etmək olub. Onların zərərli vərdişləri – spirtli içki və siqaretdən istifadə etmələri nəzərə alınmayıb.

Məlum olub ki, həftədə iki-üç gün idmanla məşğul olanların boyun və baş nahiyəsində qanın daxil olduğu orta arteriyalar sağlamdır, lakin bədən hissəsinə qan daşıyan daha böyük damarlarda elastiklik azalıb. Peşəkar idmanla məşğul olanlarda isə həm orta, həm də iri arteriyalar sağlam və elastik qalıb.

Tədqiqatlara rəhbərlik edən Benjamin Livayn deyib: “Bu araşdırmalar olduqca əhəmiyyətlidir, çünki əldə etdiyimiz nəticələr əsasında yaşlı insanlarda ürək-damar sisteminin sağlamlığını qorumaq, arteriyaların elastikliyini artırmaq üçün kompleks məşğələlər hazırlamaq olar”.

B.Livayn əlavə edib ki, 70 yaşdan sonra hər gün idmanla məşğul olan insanda ürəyin qocalması prosesinin qarşısını almaq və arteriyaların strukturunu dəyişmək mümkün olmur.