Alternative content

09:37 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Real Madrid”in azarkeşləri Çempionlar Liqasının final oyununa biletləri geri qaytarırlar
“Real Madrid”in azarkeşləri Çempionlar Liqasının final oyununa biletləri geri qaytarırlar
ANA SƏHİFƏ / İDMAN
05:05 21.05.2018

“Real Madrid” futbol klubunun 4 mindən çox azarkeşi “Liverpul” ilə keçiriləcək Çempionlar Liqasının final oyununa biletlərini geri qaytarmaq qərarına gəlib.

AZƏRTAC “AS” nəşrinə istinadən xəbər verir ki, buna Kiyevdə keçiriləcək matçın biletlərinin, hotellərin qiymətinin süni şəkildə qaldırılması və bəzi loqistika çətinlikləri səbəb olub.

Daha əvvəl Kiyevin “Vesti” qəzetinin verdiyi məlumata görə, finala bir neçə ay qalmış bəzi yerli otellər qiyməti on dəfə artırıblar. Kiyevin Podolski rayonundakı “Harmony in Andreew descent” hotelində bir neçə ay əvvəl bir həftəlik gecələmə 200 dollara başa gəlirdisə, indi həmin məbləğ 7 min 300 dollardır.

Əvvəlcə 24 mindən çox klub abunəçisi İspaniya milli çempionatının rəhbərliyi tərəfindən təqdim olunmuş biletlər üçün ərizə verib. Lakin problem səbəbindən fanatlar biletləri geri qaytarmağa başlayıblar. Onlardan 12 min 802 azarkeş bilet alıb.

Çempionlar Liqasının mayın 26-da Kiyevin “Olimpiyski” stadionunda keçiriləcək final matçında 35 min azarkeşin iştirakı gözlənilir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM