Alternative content

17:58 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ-ın məşhur “Amazon” şirkəti Azərbaycan xalçalarının satışına başlayıb
ABŞ-ın məşhur “Amazon” şirkəti Azərbaycan xalçalarının satışına başlayıb
ANA SƏHİFƏ / Mədəniyyət
05:05 21.05.2018

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin qarşısında qoyulan mühüm vəzifələrdən biri də xalçaçılığın təbliği və Azərbaycan xalçalarının dünyada satışının təşkil olunmasıdır. Qurum tərəfindən mütəmadi olaraq dünya bazarı araşdırılır, bu sahə üzrə fəaliyyət göstərən şirkətlərlə əlaqələr yaradılır, “Azərxalça”nın məhsulları beynəlxalq sərgilərə çıxarılır, xalçalarımız haqqında nüfuzlu nəşrlərdə yazılar dərc olunur. Bütün bunların nəticəsidir ki, dünyada Azərbaycan xalçalarına diqqət artır, beynəlxalq onlayn satış saytları “Azərxalça”nın məhsullarına maraq göstərirlər.

“Azərxalça”dan AZƏRTAC-a bildirilib ki, bu günlərdə dünyanın ən iri onlayn satış sistemi olan ABŞ-ın məşhur və nüfuzlu amazon.com saytında “Azərxalça”nın məhsullarının nümayişinə və satışına başlanılıb. Saytda satışa çıxarılan məhsulların “Azərxalça” tərəfindən istehsal edildiyi, həmin xalçaların hansı qrupa aid olduğu barədə məlumatlar yerləşdirilib. Azərbaycanın xalçaçılıq qrupları haqqında məlumatların yer aldığı saytda xalçaların bədii-texniki göstəriciləri, qiyməti və çatdırılma müddəti də qeyd edilib. Dünyanın ən çox baxılan saytlarından biri olan amazon.com-da “Azərxalça”nın məhsullarının satışına başlanılması, Azərbaycan xalçalarının beynəlxalq təqdimatı baxımından çox əhəmiyyətlidir.

Qeyd edək ki, bu gün dünyanın ən böyük onlayn mağazasına çevrilən “Amazon” 1994-cü il iyulun 5-də “Cadabra” adı ilə Ceff Bezosun Vaşinqton (Sietl) şəhərində yerləşən qarajında qurulub. 1995-ci ildə isə şirkət “amazon.com” adını alıb. “Amazon” fəaliyyətə yeni başlayanda məqsədi onlayn kitab satmaq olub.