21 May 2018 04:05
588
Səhiyyə
A- A+

Məcburi köçkünlər onkoloji xəstəliklərlə bağlı tibbi müayinədən keçirilir

Mayın 21-dən Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi (MOM) və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan Laçın rayonundan olan məcburi köçkünlər arasında onkoloji müayinələrə start verilib. Layihənin məqsədi skrininq, şişönü və şiş xəstəliklərini erkən aşkar edərək vaxtında dəqiq müayinə və müalicəsini aparmaq, eyni zamanda, region sakinlərinə daha rahat və keyfiyyətli tibbi xidmətdən yararlanma imkanı yaratmaqdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müayinələr Milli Onkologiya Mərkəzinin 16 nəfərlik aparıcı həkim briqadası tərəfindən müasir tibbi-texniki avadanlıq və vasitələrlə təchiz olunmuş Səyyar Diaqnostik Kompleksdə həyata keçirilir. Beş gün davam edəcək müayinələrə Cəbrayıl rayonunun Cocuq Mərcanlı, eləcə də Ağcabədi və Füzuli rayonlarının ətraf kəndlərinin sakinləri də cəlb olunacaq.

“Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri və könüllüləri vətəndaşların müayinələrə cəlb olunmasını təşkil edirlər. Hər gün 500-ə yaxın vətəndaşın müayinə olunması nəzərdə tutulur.

Risk qrupuna daxil olan xəstələr tam müayinələrdən keçmək və müalicə almaq üçün Milli Onkologiya Mərkəzinə dəvət ediləcək, digər patologiya aşkar edilən xəstələrə yerində məsləhətlər verilib müvafiq profilli xəstəxanalara yönləndiriləcəklər.

Tibbi müayinələrin respublikanın digər bölgələrində də keçirilməsi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video