Alternative content

04:22 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Moskvada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş Universiada başa çatıb
Moskvada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş Universiada başa çatıb
ANA SƏHİFƏ / İDMAN
02:05 21.05.2018

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı ilə keçirilən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş III Universiada başa çatıb.

AZƏRTAC xəbər verir ki, III Universiada Heydər Əliyev Kuboku uğrunda mini futbol turniri ilə yekunlaşıb. Moskvadakı Sokolniki İdman Kompleksində keçirilən turnirin qalibi Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetinin komandası olub. İkinci yeri Rusiya Gömrük Akademiyası və Moskva Dövlət Pedaqoji Universitetinin birləşmiş komandası, üçüncü yeri isə Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin komandası tutub.

Rusiya Azərbaycanlı Gənclər Birliyi İdarə Heyətinin üzvü Emin Hacıyev qaliblərə Heydər Əliyev Kuboku və medallar, RAGB-nin sədri Leyla Əliyevanın adından hədiyyələr təqdim edib.

III Universiada çərçivəsində, həmçinin kişilər və qadınlar arasında voleybol, marafon və stolüstü tennis yarışları da keçirilib. Universiadanın bütün qaliblərinə mükafatlar təqdim olunub.