Alternative content

06:15 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Qalatasaray” 21-ci dəfə Türkiyə çempionu olub
“Qalatasaray” 21-ci dəfə Türkiyə çempionu olub
ANA SƏHİFƏ / İDMAN
10:05 19.05.2018

“Qalatasaray” komandası futbol üzrə Türkiyə Superliqasının sonuncu turunda səfərdə “Göztəpə”ni məğlub edərək tarixində 21-ci dəfə çempion olub.

AZƏRTAC xəbər verir ki, sonuncu tur ərəfəsində rəqiblərindən üç xal öndə olan “Sarı-qırmızılar”a çempion olmaq üçün səfər matçında heç-heçə də kifayət edirdi. Fatih Terimin komandası rəqibinə 1:0 hesabı ilə qalib gələrək 75 xalla Türkiyə Superliqasının 2017/2018-ci il mövsümünü turnir cədvəlinin birinci pilləsində başa vurub.

Baş hakim Cüneyt Çakırın idarə etdiyi matçın 66-cı dəqiqəsində qonaq komanda hesabı açıb. İstanbul təmsilçisinin hücumçusu Bafetimbi Qomis meydan sahiblərinin qapısına təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirib. Bu, cari çempionatın bombardirinin Superliqadakı 29-cu qolu olub.

Çempionluq uğrunda mübarizə aparan komandalardan “Fənərbağça” klubu “Konyaspor”u 3:2, “Başakşehir” isə “Kasımpaşa”nı 3:2 hesabı ilə məğlub edib. Dördüncü yerdə qərarlaşan “Beşiktaş” isə “Sivasspor”a 5:1 hesabı ilə qalib gəlib.

Beləliklə, “Fənərbağça” və “Başakşehir” 72 xalla müvafiq olaraq turnir cədvəlində ikinci-üçüncü yerləri bölüşüblər. “Beşiktaş 71 xalla dördüncü, “Trabzonspor” 55 xalla beşinci sırada qərarlaşıb.