Alternative content

19:55 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV MOİK-in komandası hərbçilər arasında 33-cü dünya çempionatının kuboku ilə təltif edilib
MOİK-in komandası hərbçilər arasında 33-cü dünya çempionatının kuboku ilə təltif edilib
ANA SƏHİFƏ / İDMAN
05:05 19.05.2018

 

Moskvada keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatına mayın 19-da yekun vurulub.

AZƏRTAC xəbər verir ki, çempionatda 11 medal, o cümlədən 2 qızıl, 3 gümüş və 6 bürünc qazanan Azərbaycanın Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandası bu göstərici üzrə üçüncü yeri tutub və kuboka layiq görülüb. Birinci yerə Rusiya, ikinci yerə isə İran təmsilçiləri layiq görülüblər.

Qeyd edək ki, MOİK komandasını çempionatda sərbəst güləş yarışlarında 9, yunan-Roma güləşi üzrə 9, qadın güləşi üzrə isə üç idmançı təmsil edib. Azərbaycan komandasının rəhbəri MOİK-in rəisi, polkovnik-leytenant Rəsad Quliyevdir.

Dünya çempionatında 22 ölkədən 350 idmançı mübarizə aparıb.