Alternative content

01:13 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda Rus Mədəniyyət Mərkəzinin təqdimat mərasimi keçirilib
Bakıda Rus Mədəniyyət Mərkəzinin təqdimat mərasimi keçirilib
ANA SƏHİFƏ / Mədəniyyət
05:05 19.05.2018

Bakıda Rus Mədəniyyət Mərkəzinin əsaslı təmirdən sonra təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin təqdimat mərasimində çıxış edib. O vurğulayıb ki, 1993-cü ildə yaradılmış Bakıda Rus Mədəniyyət Mərkəzi özünün 25 illiyi qeyd edir. Mərkəzin təsisçisi Azərbaycan Rus İcmasıdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Rus Mədəniyyət Mərkəzinin işinə çox böyük dəstək verirdi, bu gün isə Prezident İlham Əliyev bu dəstəyi davam etdirir. Ötən illər ərzində Mərkəz tərəfindən rus mədəniyyətinin, rus dili və ədəbiyyatının, ənənə, adət və mərasimlərin qorunub saxlanması, inkişaf etdirilməsi və təbliği, millətlərarası əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, rus və Azərbaycan xalqlarının, habelə Azərbaycan ərazisində yaşayan digər xalqların mədəniyyətlərinin qarşılıqlı nüfuz etməsi və bir-birini zənginləşdirməsi sahəsində çox böyük işlər görülüb.

Mərkəz rus və Azərbaycan mədəniyyətlərinin görkəmli xadimlərinin yaradıcılığına həsr edilmiş ədəbi və musiqili tədbirlər, pravoslav bayramları şərəfinə konsertlər təşkil edir.

Mərkəzdə müntəzəm olaraq rus rəssamlarının əsərlərinin sərgiləri, Azərbaycanda yaşayan rus yazıçı və şairlərinin kitablarının təqdimatı, Azərbaycanın, Rusiyanın və yaxın xarici ölkələrin görkəmli mədəniyyət xadimləri ilə yaradıcılıq görüşləri keçirilir.

M.Zabelin Rus Mədəniyyət Mərkəzinin binasının yenilənməsində iştirak edənlərin hamısına minnətdarlığını bildirib, o cümlədən Sankt-Peterburq Qanunverici Məclisinin sədri Vyaçeslav Makarova, Sankt-Peterburqdakı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişova, habelə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımova təşəkkürnamələr təqdim edib. Vaqif Məmişov xalqlarımız arasında mədəni əlaqələrin inkişafında və möhkəmlənməsində böyük xidmətlərinə görə Mixail Zabelinə və Rus Mədəniyyəti Mərkəzinin direktoru Qalina Manafovaya qızıl medal təqdim edib.

Sankt-Peterburq Qanunverici Məclisinin sədri Vyaçeslav Makarov təbrik çıxışında qeyd edib ki, Bakıdakı Rus Mədəniyyət Mərkəzi rus milli qaynaqlarının və dərin beynəlmiləlçiliyin, Azərbaycan xalqının və bu ölkədə yaşayan digər xalqların mədəniyyətinə hörmətin sintezidir. Ümumiyyətlə, Bakının rusdilli mədəniyyəti fenomeni olduqca qiymətli və maraqlıdır.

Sankt-Peterburqun Azərbaycan Milli-Mədəni Muxtariyyəti ilə Azərbaycan Rus Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.

Tədbir Rus Mədəniyyət Mərkəzi yanında yaradıcı kollektivlərin ifasında konsert proqramı ilə davam edib.