Alternative content

03:23 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hərbçi güləşçilərimiz 33-cü dünya çempionatının sonuncu günündə 1 qızıl və 2 bürünc medal qazanıblar
Hərbçi güləşçilərimiz 33-cü dünya çempionatının sonuncu günündə 1 qızıl və 2 bürünc medal qazanıblar
ANA SƏHİFƏ / İDMAN
05:05 19.05.2018

 

 

Mərkəzi Ordu İdman Klubunun komandası çempionatı 2-si qızıl, 3-ü gümüş, 6-sı bürünc olmaqla 11 medalla başa vurub

 

Moskvada keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının sonuncu günündə - mayın 19-da Azərbaycanın Mərkəzi Ordu İdman Klubunun (MOİK) üç idmançısı medallar uğrunda mübarizə aparıb.

AZƏRTAC xəbər verir ki, hərbçi idmançılarımızdan Həsən Əliyev (77 kq) qızıl, Rafiq Hüseynov (82 kq) və İslam Abbasov (87 kq) bürünc medal uğrunda yarışıblar.

Final görüşündə rusiyalı idmançı Çingiz Labazanov ilə qarşılaşan Həsən Əliyev rəqibini 5:2 hesabı ilə məğlub edərək qızıl medala sahib olub. Bu, Həsən Əliyevin ikinci dünya çempionluğudur. İdmançımız ilk dəfə 2016-cı ildə Makedoniyada dünya çempionu adını qazanıb.

Rafiq Hüseynov (82 kq) bürünc medal uğrunda qarşılaşmada Almaniya təmsilçisi R.Şvarts üzərində 5:2 hesabı ilə qalib gələrək üçüncü yeri tutub.

İslam Abbasov da üçüncü yer uğrunda görüşdə Almaniya təmsilçisi ilə qarşılaşıb. Qarşılaşmada yüksək peşəkarlıq nümayiş etdirən İ.Abbasov rəqibi M.Remenspergeri böyük hesabla (8:1) məğlubiyyətə uğradaraq çempionatın bürünc medalını MOİK komandasının aktivinə yazdırıb.

Beləliklə, MOİK-in komandası hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatını 11 medalla başa vurub. Medallardan 2-si qızıl, 3-ü gümüş, 6-sı isə bürüncdür.

Dünya çempionatında 22 ölkədən 350-dən çox idmançı iştirak edib. Yarış iştirakçılarının yarıdan çoxu Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının mükafatçıları olub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM