19 May 2018 12:05
1152
ELANLAR
A- A+

“AzerTelecom” informasiya texnologiyaları sahəsində maarifləndirmə layihələrini dəstəkləyir

 

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” MMC-nin baş sponsorluğu və STEP Kompüter Akademiyasının təşkilatçılığı ilə keçirilmiş “Golden Byte” beynəlxalq informasiya texnologiyaları müsabiqəsi başa çatıb.

“Golden Byte” beynəlxalq İT müsabiqəsinin ölkəmizdə keçirilməsinə fevral ayından start verilib və bu günə qədər iki regional yarımfinal mərhələsi və həmçinin ölkəmizi Ukraynada, Kiyev şəhərində keçiriləcək beynəlxalq final mərhələsində təmsil edəcək qaliblərin müəyyən olunması məqsədilə yekun regional final mərhələsi baş tutub.

Ümumilikdə regional finalın iştirakçıları 7 nominasiya üzrə öz layihələrini təqdim ediblər və bu layihələr “AzerTelecom” şirkətinin kommersiya məsələləri üzrə direktoru Samir Nuriyevin də təmsil olunduğu peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Hər nominasiya üzrə qaliblərə və eləcə də iştirakçılara təşkilatçılar tərəfindən müvafiq sertifikatlar, müsabiqəyə dəstək verən tərəfdaşlar tərəfindən isə hədiyyələr təqdim olunub.

Tədbirdə çıxış edən “AzerTelecom” MMC-nin satış və partnyorların idarə olunması üzrə direktoru Ləman Abasbəyli bildirib ki, STEP Kompüter Akademiyası tərəfindən təşkil olunan bu beynəlxalq müsabiqə innovativ ideyaların reallaşdırılması, ümumilikdə İKT sahəsində təhsilin irəli aparılması, gənclərimizin ölkəmizi xaricdə keçirilən nüfuzlu beynəlxalq müsabiqədə təmsil etmələri istiqamətində mühüm bir layihədir və “AzerTelecom” şirkəti bu müsabiqənin Azərbaycanda təşkilinə dəstək verməkdə, layihənin uğurlu şəkildə reallaşmasında maraqlıdır.

“Bu müsabiqəyə baş sponsor qismində şirkətimiz tərəfindən dəstək verilməsi STEP Kompüter Akademiyası ilə əməkdaşlığımız istiqamətində ilk layihəmizdir və “AzerTelecom” şirkəti olaraq bu təhsil müəssisəsi ilə birlikdə elmin, təhsilin inkişafına töhfə verə biləcək müxtəlif maarifçi xarakterli layihələrdə gələcəkdə də səmərəli şəkildə əməkdaşlıq etmək niyyətindəyik”, - deyə Ləman Abasbəyli bildirib.

Qeyd edək ki, nominasiyalar üzrə layihələrin qiymətləndirilməsi və yekun mükafatlandırma mərasimində Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Bakcell AppLab” İnkubasiya Mərkəzi və ölkənin İKT sektorunda fəaliyyət göstərən və müsabiqəyə dəstəkçi olan digər şirkətlərin və bir sıra media qurumlarının nümayəndələri iştirak ediblər.

“AzerTelecom” MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. “AzerTelecom” şirkəti internetin topdansatışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), lokal VoIP, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

 

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video