Alternative content

13:41 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azerbaijan Fashion Week”də Fəxriyyə Xələfovanın möhtəşəm dəfiləsi: 100 ildə dəyişən Azərbaycan qadınının obrazı
“Azerbaijan Fashion Week”də Fəxriyyə Xələfovanın möhtəşəm dəfiləsi: 100 ildə dəyişən Azərbaycan qadınının obrazı
ANA SƏHİFƏ / Mədəniyyət
12:05 19.05.2018

 

Mayın 17-də Bakıda “Azerbaijan Fashion Week” rəsmi moda həftəsinin yeddinci mövsümünün açılışı olub. AZƏRTAC xəbər verir ki, budəfəki moda həftəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilib.

“Azerbaijan Fashion Week” rəsmi moda həftəsinin açılışından əvvəl mətbuat konfransı keçirilib. Mətbuat konfransında tanınmış xarici modelyer və dizaynerlərlə yanaşı, yerli moda mütəxəssisləri də jurnalistlərin suallarını cavablandırıblar. Fransız modelyer Patrik Boffa kolleksiyasını nümayiş etdirmək üçün Bakıda olduğundan məmnunluğunu ifadə edib. Əslən Mərakeşdən olan, Fransa Moda İnstitutunun yetirməsi Kerim Tasse tədbirin yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq, möhtəşəm həftənin baş tutacağına əminliyini ifadə edib. Modelyerlər hər fürsət yaranan kimi Azərbaycana gəlməyə hazır olduqlarını qeyd ediblər.

Moda həftəsini həm Fransanın, həm də Mərakeşin Azərbaycandakı səfirlikləri dəstəkləyir. Fransanın ölkəmizdəki səfiri Orelia Buşez və Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş Azərbaycan modelyerlərini dünyada tanıtmaq və onların xarici ölkələrin mütəxəssisləri ilə əlaqələr qurmalarına yardımçı olmaq üçün Azərbaycan moda həftəsini dəstəklədiyini bildiriblər.

Sonra tanınmış azərbaycanlı modelyer-dizayner, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova çıxış edib. O bildirib ki, moda həftəsində 100 ildə dəyişən Azərbaycan qadınının obrazları canlandırılacaq.

Qeyd edək ki, Fəxriyyə Xələfovanın zəngin kolleksiyasında əsasən Azərbaycan bayrağının rənglərindən istifadəyə üstünlük verilib. Mətbuat konfransında “Kengerli”, “Forte Fashion”, “Ajour” kimi Azərbaycan brendlərinin də təqdimatı olub.

Daha sonra moda həftəsinə start verilib. Yeddinci mövsümün qonaqları 2018-2019 payız-qış mövsümünün sürprizlərini təqdim ediblər.

Xarici modelyerlərin kolleksiyaları ilə yanaşı, azərbaycanlı modelyerlərin də geyim təqdimatları maraqla qarşılanıb.

Azərbaycanlı modelyer-dizayner, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın geyim təqdimatı möhtəşəmliyi ilə seçilib. Modelyerin dəfilədə nümayiş etdirdiyi geyimlər xüsusi zövqlülüyü ilə göz oxşayıb.

Fəxriyyə Xələfovanın geyimlərini izləyən hər kəs Azərbaycan qadınlarının gözəllik və dəb tarixinə səyahət etmək imkanı qazanıb. Göz önündə yüz ildə dəyişən qadın obrazları canlanıb.

Dəb həftəsinin qonaqları, sözün əsl mənasında, son əsrin dəb təkamülünün şahidi olublar.

Fəaliyyəti dövründə yüksəksəviyyəli təşkilatçılığı və ölkənin moda hadisəsinin aparıcısı statusunu qazanması sayəsində “Azerbaijan Fashion Week”in təşkilat komitəsi ölkənin və regionun faşion-cəmiyyətində tanınması üçün bir çox tərəfdaşlıq müqavilələri bağlayıb. Hazırda “Mercedes-Benz Fashion Week Russia”, “Kazakhstan Fashion Week”, “Tbilisi Fashion Week”, “Caspian Fashion Week”, “Belarus Fashion Week”, “Krasnodar Fashion Week”, “Volqa Fashion Week” “Azerbaijan Fashion Week”in tərəfdaşlarıdır.