Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Əbülfəs Qarayev mayın 25-də saat 10.00-da Salyan şəhərində vətəndaşları qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, bu şəhərdəki Heydər Əliyev Mərkəzində (Təbriz Xəlilbəyli küçəsi, 136) Biləsuvar, Neftçala, Salyan və Cəbrayıl rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.