Alternative content

12:32 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Seneqal millisinin dünya çempionatı üçün ilkin heyəti müəyyənləşib
Seneqal millisinin dünya çempionatı üçün ilkin heyəti müəyyənləşib
ANA SƏHİFƏ / İDMAN
06:05 18.05.2018

Seneqal millisinin futbol üzrə dünya çempionatı üçün genişləndirilmiş heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Alyu Sisse 23 futbolçuya dəvət göndərib.

Heyətdə qapıçılar - Abdulaye Diallo (“Renn”, Fransa), Hadim Ndiaye (“Horoya”, Qvineya), Alfred Qomis (“Spal”, İtaliya), müdafiəçilər – Kalida Kulibali (“Napoli”, İtaliya), Kara Mbodja (“Anderlext”, Belçika), Lamin Gassama (“Alanyaspor”, Türkiyə), Musa Vaqe (“Eipen”, Belçika), Yusuf Sabali (“Bordo”, Fransa), Saliu Sis (“Angers”, Fransa), Salif Sane (“Hannover”, Almaniya), yarımmüdafiəçilər - Papa Aliune Ndiaye (“Stok Siti”, İngiltərə), Şeyx Ndoye (“Birminqem”, İngiltərə), Şeyku Kuyate (“Vest Xem”, İngiltərə), Alfred Ndiaye (“Villareal”, İspaniya), Idriss Geye (“Everton”, İngiltərə), hücumçular – Mama Biram Diuf (“Stok Siti”, İngiltərə), Diafra Sako, Ismaila Sarr (hər ikisi – “Renn”, Fransa), Mussa Konate (“Amiyen”, Fransa), Balde Keita (“Monako”, Fransa), Mussa Sov (“Bursaspor”, Türkiyə), Sadio Mane (“Liverpul”, İngiltərə) və Mbaye Nianq (“Torino”, İtaliya) yer alıblar.

Qeyd edək ki, Seneqal yığması Rusiyada keçiriləcək dünya çempionatında Polşa, Yaponiya və Kolumbiya ilə eyni qrupda mübarizə aparacaq.