Alternative content

18:42 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib
Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
06:05 18.05.2018

 Mayın 18-də Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədrinin müavini Eldar Quliyev gündəliyi təqdim edib.

İclasda əvvəlcə "Dövlət rüsumu haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub. Bildirilib ki, qida təhlükəsizliyi sahəsində idarəçiliyin təkmilləşdirilməsi, bu sahədə dövlət orqanlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi məqsədilə "Baytarlıq haqqında", "Fitosanitar nəzarəti haqqında" və "Yeyinti məhsulları haqqında" qanunlara, eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnaməyə dəyişikliklər və əlavələr edilib. Adıçəkilən normativ hüquqi aktlara əsasən agentliyə bir sıra səlahiyyətlərlə yanaşı, ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi baxımından qeydiyyata alınması və onların dövlət reyestrinin aparılması, eləcə də qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatlarının verilməsi səlahiyyətləri də verilib.

Diqqətə çatdırılıb ki, "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi qeyd olunan normativ hüquqi aktlara uyğun olaraq hazırlanıb. Qanun layihəsinə əsasən qida təhlükəsizliyi sertifikatının verilməsinə görə 20 manat, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması, reyestrdən çıxarılmasına görə 150 manat, reyestr məhsullarında dəyişikliklərin qeydiyyatına görə 50 manat, reyestrdən çıxarışın dublikatının verilməsinə görə 10 manat məbləğində rüsum nəzərdə tutulur.

Həmçinin heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verilməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişan qoyulmasına görə 5 qəpikdən 5 manatadək miqdarda dövlət rüsumu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Eyni zamanda, qanun layihəsinə əsasən bir sıra mövcud rüsumlar artırılacaq.

Sonra "Lisenziyalar və icazələr haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxılıb. Qeyd edilib ki, sənədin "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"nda bir sıra dəqiqləşdirilmə nəzərdə tutulub.

Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə əsasən sənədə "Əkin yerinin yandırılması qadağandır" məzmunlu yeni maddə əlavə edilir. Bu maddəyə görə, torpaqların vəziyyətinə zərərli təsir göstərə bilən təzə tikililər, qurğular və yenidən qurulan obyektlər yerləşdirilərkən, layihələşdirilərkən, tikilərkən və istismara verilərkən, habelə yeni texnologiyalar tətbiq edilərkən torpaqların mühafizəsi sahəsində zəruri tədbirlər nəzərdə tutulmalı və həyata keçirilməlidir. Torpaqların tənəzzülə uğramadan və dağıdılmadan qorunması tədbirləri ilə təmin edilməmiş obyektlərin və texnologiyaların istismara verilməsi və tətbiq edilməsi qadağan olunur. Torpaqların vəziyyətinə zərərli təsir göstərə bilən obyektlərin yerləşdirilməsi aidiyyəti olan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri, eləcə də müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılır. Torpaqların mühafizəsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyən edilir.

Deputatlar qanun layihələri barədə fikir və təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.