Alternative content

05:43 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Konqres iştirakçılarının şərəfinə qala gecə təşkil olunub
Konqres iştirakçılarının şərəfinə qala gecə təşkil olunub
ANA SƏHİFƏ / Mədəniyyət
12:05 18.05.2018

 

Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının təşkilatçılığı ilə Bakı şəhərində keçirilən Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Cəmiyyətinin 1-ci Konqresi işini  davam etdirir.

21 ölkədən 156 nümayəndənin iştirak etdiyi konqres çərçivəsində dünya səviyyəsində tanınmış cərrahların hərbi cərrahiyyə sahəsində yeni innovativ yanaşmalar haqqında çıxışları dinlənilmiş, qabaqçıl təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə geniş fikir mübadiləsi aparılmışdır.

“Elite Events Hall” zalında konqres iştirakçılarının şərəfinə qala gecə də təşkil olunmuşdur.

Gecədə Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin baş dirijoru mayor Səməd Vəkilovun, rəqs ansamblının bədii rəhbəri, Azərbaycan Respublikasının əməkdar artisti Nailə Məmmədzadənin rəhbərlik etdikləri yaradıcı kollektivlərin çıxışları böyük maraqla qarşılanmışdır.        

Rəqs ansamblının ifasında milli və xarici ölkələrin rəqsləri, DSX nümunəvi hərbi orkestrinin solistləri Tural Ağasıyevin və Fəxri Kazım Nicatın, Azərbaycan Respublikasının əməkdar artisti Afaq Abbasovanın, tanınmış estrada müğənnisi Dilarə Kazımovanın ifasında Azərbaycan və əcnəbi bəstəkarların əsərləri konsertə rəngarənglik qatmışdır.

 

“Azərbaycan”