Alternative content

21:48 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bilik Fondu Rabindranat Taqorun yaradıcılığı ilə bağlı tədbir keçirib
Bilik Fondu Rabindranat Taqorun yaradıcılığı ilə bağlı tədbir keçirib
ANA SƏHİFƏ / Elm və texnika
12:05 18.05.2018

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) böyük hind ədibi, Nobel mükafatçısı Rabindranat Taqorun həyat və yaradıcılığına həsr olunan tədbir keçirilib.

ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov dünya şöhrətli sənət adamlarının yaradıcılıqlarının təbliği və təşviqi istiqamətində görülən işlərin gənclərin dünyagörüşünün formalaşmasına müsbət təsir  göstərdiyini bildirib.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev təmsil etdiyi qurumun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində həyata keçirdiyi maarifləndirici tədbirlərdən söz açıb.

Mütəfəkkirlərin Taqorun yaradıcılığı haqqında maraqlı fikirlər söylədiklərinin iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Amartiya Senin hindli yazıçının şəxsiyyətinə və yaradıcılığına verdiyi qiyməti diqqətə çatdırıb.

R.Taqorun şair, dramaturq, rəssam, bəstəkar, filosof kimi fəaliyyətini əks etdirən filmin nümayişindən sonra Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana çıxış edib.

Səfir Azərbaycanda Hindistan mədəniyyətinə böyük marağın olduğunu, hindlilərin də Azərbaycana məhəbbət bəslədiklərini vurğulayıb. S.Rana qeyd edib ki, Hindistanla Azərbaycan arasında bütün sahələrdə, xüsusən elmi müstəvidə qurulan əlaqələrin daha da genişlənməsi məqsədilə səfirlik Bilik Fondu ilə əməkdaşlığa həmişə hazırdır.

Bilik Fondunun lektorlar qrupunun üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmlər doktoru, professor Bədirxan Əhmədov şairin filosof səviyyəsində yazdıqlarının oxucularda heyrətamiz hisslər yaratdığını bildirib. Həyatını hind xalqının azadlığı uğrunda mübarizəyə həsr edən  Taqorun on ikidən çox roman və povestin, otuzadək dram əsərinin, yüzlərlə poetik və mənsur şeirin müəllifi olduğunu, hind və benqal ədəbiyyatına yeni ruh gətirdiyini deyib.

Professor onu da bildirib ki, R.Taqor Nobel mükafatına layiq görülən ilk asiyalı yazıçıdır. 1923-cü ildən başlayaraq onun əsərləri dilimizə tərcümə edilir, haqqında məqalələr yazılır.

Sonda Azərbaycan Dillər Universitetinin Hind dili və mədəniyyəti mərkəzinin kollektivinin ifasında R.Taqorun  şeirləri və mahnılar səsləndirilib.

 

“Azərbaycan”