Alternative content

03:08 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Məleykə Abbaszadə mayın 25-də İsmayıllıda vətəndaşları qəbul edəcək
Məleykə Abbaszadə mayın 25-də İsmayıllıda vətəndaşları qəbul edəcək
ANA SƏHİFƏ / Təhsil
03:05 17.05.2018

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 25-də İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, vətəndaşların qəbulu saat 11:00-da İsmayıllı rayon Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar DİM-in internet saytında elektron müraciət formasını dolduraraq qeydiyyatdan keçməli (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya mərkəzin Göyçay Regional Bölməsinə şəxsiyyət vəsiqələrini təqdim etməklə (ünvan: Göyçay ş., R.İsayev küçəsi, 43) müraciət etməlidirlər. Bundan əlavə, qeydiyyata yazılmaq istəyənlər İsmayıllı, Şamaxı, Qəbələ, Qobustan rayon təhsil şöbələrinə müraciət edə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.