Alternative content

10:16 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Güləşçimiz Turan Bayramov Avropa çempionu olub
Güləşçimiz Turan Bayramov Avropa çempionu olub
ANA SƏHİFƏ / İDMAN
12:05 17.05.2018

Makedoniyanın Skopye şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, çempionatda sərbəst güləşçilərin yarışları başa çatıb. Yığma komandamızın üzvləri çempionatı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar. Bütün rəqiblərindən üstün olan Turan Bayramov (65 kq) çempionatın qızıl medalına yiyələnib. Qızıl medal qazanan Turan Bayramov həm də 65 kiloqram çəki dərəcəsində yeniyetmələrin III Olimpiya Oyunlarına vəsiqəni təmin edib.

Yalnız final görüşündə uduzan Fuad Mayılov (80 kq) və İslam Abuyev (110 kq) isə gümüş medalla kifayətləniblər. Bürünc medalları isə yığmamıza Kənan Heybətov (45 kq) və Əlihəsən Əmirli (48 kq) qazandırıblar.

Bu nəticə ilə yığmamız komanda hesabında çempionatı Rusiya, Gürcüstan və Türkiyədən sonra dördüncü sırada başa vurub. Ancaq nə Türkiyə, nə də Gürcüstan komandaları Olimpiya Oyunlarına vəsiqə qazana bilməyiblər.

Qeyd edək ki, Avropa çempionatı oktyabrın 12-14-də Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Reqlamentə əsasən qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər. Çempion olan və lisenziya qazansa da Olimpiadada iştirak etməyəcək idmançını həmin çəkidə ikinci yeri tutmuş ölkə təmsilçisi əvəzləyəcək.