Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

10:15 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Uşaqlar üçün geyim seçməyin qaydaları
Uşaqlar üçün geyim seçməyin qaydaları
ANA SƏHİFƏ / Səhiyyə
12:05 17.05.2018

Valideynlər övladlarının zövqlü və gözəl görünməsini istəsələr də, təəssüf ki, gözəllik altında gizlənən təhlükədən xəbərsiz olurlar. Körpə dərisinin həssaslığını nəzərə alsaq, narahatlığın əbəs yaranmadığı üzə çıxar.

AZƏRTAC xəbər verir ki, uşaqların dərisi güclü sorma qabiliyyətinə malik olduğundan keyfiyyətsiz geyimlərdən istifadə olunan zaman parçadakı kimyəvi maddələr bədənə daha asan ötürülür. Nəticədə uşağın dərisində səpgilər və digər allergik reaksiyalar əmələ gəlir.

Azərbaycan Tibb Universitetinin əmək gigiyenası və uşaq-yeniyetmələr gigiyenası kafedrasının müdiri Şəhla Balayeva uşaqlar üçün yalnız təbii liflərdən hazırlanmış paltarların alınmasını məsləhət görür: “Pambıq, ipək, kətan və yundan hazırlanmış paltarların uşaqlar üçün alınması daha məqsədəuyğundur. Yay mövsümü üçün övladlarına paltar almağa hazırlaşan valideynlər geyimlərin istilikkeçirmə və buxarlanma qabiliyyətinin olmasına xüsusi diqqət yetirməlidirlər. Xüsusilə alt paltarların təmiz lifdən olması vacibdir. Üst geyimlər dəri ilə təmasda daha az olduğundan süni liflərdən ola bilər.

Uşaqlar üçün geyim aldıqda gigiyenik sertifikat da tələb edilməlidir. Həmin sertifikat geyimin təbii liflərdən hazırlandığının göstəricisidir. Uşaqda səpgilər və ya bu kimi digər qeyri-spesifik hallar müşahidə olunduqda, pediatra müraciət etmək mütləqdir. Həkim-pediatr məsləhət bildiyi halda allerqoloq müayinəsi də aparılmalıdır”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM