Alternative content

13:44 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UEFA Avropa Liqasının 2019-cu ildə Bakıda keçiriləcək final oyununun ilk simvolik bileti AFFA prezidentinə təqdim olunub
UEFA Avropa Liqasının 2019-cu ildə Bakıda keçiriləcək final oyununun ilk simvolik bileti AFFA prezidentinə təqdim olunub
ANA SƏHİFƏ / İDMAN
10:05 17.05.2018

UEFA Avropa Liqasının 2019-cu ildə Bakı Olimpiya Stadionunda təşkil olunacaq final oyununun ilk simvolik bileti AFFA prezidentinə təqdim edilib.

AZƏRTAC xəbər verir ki, Fransanın Lion şəhərində, “Stade de Lyon” stadionunda “Marsel” (Fransa) – “Atletiko” (İspaniya) komandaları arasında keçiriliən UEFA Avropa Liqası turnirinin 2017/2018-ci il mövsümünün final oyunundan öncə arenada UEFA-nın prezidenti Aleksander Çeferin AFFA prezidenti Rövnəq Abdullayevlə görüşüb.

Təqdimatda UEFA-nın baş katibi Teodor Teodoridis və AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib.

Xatırladaq ki, UEFA Avropa Liqasının 2018/2019-cu il mövsümünün final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi barədə qərar UEFA İcraiyyə Komitəsinin 2017-ci il sentyabrın 20-də keçirilmiş iclasında qəbul olunub.