Alternative content

15:35 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV "Atletiko Madrid" üçüncü dəfə UEFA Avropa Liqasının qalibi olub
"Atletiko Madrid" üçüncü dəfə UEFA Avropa Liqasının qalibi olub
ANA SƏHİFƏ / İDMAN
10:05 17.05.2018

UEFA Avropa Liqasının qalibi İspaniyanın "Atletiko Madrid" klubu olub.

AZƏRTAC xəbər verir ki, Avropa Liqasının iki finalçısı İspaniyanın "Atletiko Madrid" və Fransanın "Marsel" klubu Lion şəhərində üz-üzə qəlib. İlk hissədə üstünlük daha çox fransızlarda olub. İlk real qol vəziyyətini də "Marsel" yaradıb. Oyunun 2-ci dəqiqəsində qapıçı ilə təkbətək qalan Okampos fürsəti əldən verib. Rudi Qarsiyanın yetirmələri rəqib komandanın qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Amma hücumlara baxmayaraq, hesabı "Atletiko Madrid" açıb. Müdafiəçilərin kobud səhvini Antuan Qrizman bağışlamayıb - 1:0. Matçın 32-ci dəqiqəsində "Marsel" klubunun kapitanı Dimitri Payetin zədələnərək meydanı tərk edib.

Qoldan sonra hər iki komandanın səylərinə baxmayaraq, hesab dəyişməyib. Birinci hissə bu hesabla başa çatıb.

Fasilədən sonra 49-cu dəqiqədə A.Qrizman dublunu rəsmiləşdirib - 2:0. Matçın 89-cu dəqiqəsində cəzalı olduğundan tribunadan oyunu izləyən Dieqo Simyonenin yetirmələri son nöqtəni qoyub. Qabi fərqlənib - 3:0. Beləliklə, stadiondan 68 min nəfərin izlədiyi final oyunu "Atletiko Madrid"in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, daha əvvəl Madrid təmsilçisi 2010-cu və 2012-ci illərdə Avroliqanın baş mükafatını əldə edib. "Marsel" üzərində qələbə sayəsində isə "Atletiko" 2018-2019 mövsümündə də Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququna yiyələnib.