Alternative content

08:17 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında
Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında
ANA SƏHİFƏ / Sərəncamlar
02:05 17.05.2018

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Sosial-iqtisadi inkişaf üçün xüsusi əhəmiyyət kəsb edən elektrik enerjisi sistemində yeni qurğuların inşası, ötürücü və paylayıcı şəbəkələrin yaradılması ölkəmizdə innovativ texnologiyaların tətbiqi əsasında daha da təkmilləşdirilir. Son illərdə bu sahədə ayrı-ayrı dövlət proqramları çərçivəsində icra edilən tikinti-quruculuq işləri generasiya potensialını əhəmiyyətli dərəcədə artırmış, ötürücü və paylayıcı infrastrukturu genişləndirmişdir. Ölkə ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında yeni elektrik stansiyalarının istismara verilməsi həyata keçirilən sosial-iqtisadi siyasətin uğurla davam etdirilməsinə zəmin yaradır.

Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədilə Ordubad rayonunda inşa olunan 36 MVt gücündə su elektrik stansiyasının tikintisinin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün  1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 10,0 (on) milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 may 2018-ci il