Alternative content

13:58 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Bakı-2018” II Beynəlxalq həmrəylik tennis çempionatına dair iclas keçirilib
“Bakı-2018” II Beynəlxalq həmrəylik tennis çempionatına dair iclas keçirilib
ANA SƏHİFƏ / İDMAN
02:05 17.05.2018

 

Mayın 16-da Milli Olimpiya Komitəsində iyulda Bakının evsahibliyi edəcəyi II Beynəlxalq həmrəylik tennis çempionatına dair iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionatda yerli Əməliyyat Komitəsinin üzvləri, Azərbaycan Tennis Federasiyasının nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində fəaliyyət planına nəzər salınıb, Milli Olimpiya Komitəsi və Azərbaycan Tennis Federasiyası arasında mütəşəkkil şəkildə tədbirə hazırlıq planı təsdiqlənib.

Çempionat zamanı tələb olunan nəqliyyat, qidalanma, yerləşmə və digər mühüm məqamlara toxunulub.

Xatırladaq ki, II Beynəlxalq həmrəylik tennis çempionatı iyulun 23-28-də keçiriləcək. Çempionat “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının irsini davam etdirmək, İslam aləmində idmana marağı artırmaq məqsədini daşıyır.