Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

01:12 22 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ulu öndərin əbədiyaşar xatirəsinə böyük ehtiram
Ulu öndərin əbədiyaşar xatirəsinə böyük ehtiram
ANA SƏHİFƏ / İDMAN
02:05 17.05.2018

 

Heydər Əliyevin yubileyinə həsr olunmuş VI Zirvə Oyunları keçirildi

 

Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi respublikamızın hər yerində böyük təntənə ilə qeyd edildi. Keçirilən müxtəlif səpkili tədbirlərdə ümummilli liderin xatirəsi ictimaiyyət tərəfindən yüksək ehtiramla anıldı.

Belə tədbirlərdən biri də Xırdalandakı AAAF Park Yaşayış Kompleksində keçirilən Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş VI Zirvə Oyunları idi. Qeyd edək ki, ulu öndərin xatirəsinə həsr olunan və “Zirvə” İnternational Sport Clubs-ın nəzdində müxtəlif idman növləri ilə məşğul olan idmançıların iştirak etdikləri Zirvə Oyunlarının keçirilməsi artıq ənənə halını alıb.

“Zirvə” idman klubunun təsisçisi, Olimpiya Oyunlarının iştirakçısı, Azərbaycan Ağır Atletika Federasiyasının birinci vitse-prezidenti Tofiq Heydərov qəzetmizə açıqlamasında bildirdi ki, VI Zirvə Oyunlarının keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin irsinin və ölkəmiz üçün gördüyü işlərin böyüməkdə olan  gələcək nəsillərə çatdırılması, eyni zamanda, idmanın təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, onların ustalıq səviyyəsinin artırılması, təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir: “Ümummilli lider Heydər Əliyevin 25 il öncə ölkə rəhbərliyinə gəlişi ilə Azərbaycanın dövlət müstəqilliyi təhlükələrdən xilas oldu, ölkə həyatının bütün sahələri tənəzzüldən inkişafa qədəm qoydu. Məhz həmin vaxtdan idman sahəsində də yeni mərhələ başladı. İdmançılara, onların xarici yarışlarda iştirakına diqqət artırıldı. Atlanta Yay Olimpiya Oyunlarının iştirakçısı kimi o zaman yarışa hazırlaşanda və ondan sonra mənə ulu öndərlə görüşmək nəsib olmuşdu. Hər dəfə də görürdüm ki, Heydər Əliyev Azərbaycan idmanının inkişafı üçün əlindən gələni edir. Qürur hissi ilə deməliyəm ki, bu gün idmanda Heydər Əliyev siyasəti davam edir və əldə edilən hər bir uğur ümummilli liderin bu sahədə arzularının çin olmasıdır. VI Zirvə Oyunlarını keçirməklə biz bir daha Azərbaycan idmanını inkişaf yoluna çıxaran Heydər Əliyevin xatirəsini yad edirik”.

VI Zirvə Oyunlarına idmanın 5 növü daxil edilmişdi - üzgüçülük, cüdo, karate, bədii gimnastika və ağır atletika. Yarışların keçirilməsi bu idman növləri üzrə fəaliyyət göstərən hakimlər heyətinə həvalə olunmuşdu. İlk olaraq mayın 5-dən başlayan oyunlar üzgüçülük və cüdo yarışları ilə start götürdü. Üzgüçülük yarışında 40-dan çox yeniyetmə qalib adı uğrunda mübarizə apardı, sonda fərqlənənlər diplom və medallarla təltif edildilər.

Daha sonra cüdo yarışları başladı. Açılış mərasimində yarışın baş hakimi Mail Hümbətov çıxış edərək “Zirvə” Beynəlxalq İdman Klubunun idmanın inkişafı üçün atdığı addımlardan danışdı, Oyunların cüdo idman növündə kütləviliyinin artmasına böyük təkan verildiyini qeyd etdi. Cüdo yarışında tatami üzərinə respublikamızın müxtəlif şəhər və rayonlarından 130-a qədər cüdoçu çıxmışdı. Yekunda qaliblərə diplom və medallar təqdim olundu.

Mayın 6-da AAAF Park Yaşayış Kompleksinin yarış zalında WKF karate yarışları keçirildi. Turnirdə 88 medal uğrunda 300 idmançı mübarizə apardı. Bu turnir açıq olduğundan ölkənin bir çox klublarının nümayəndələri tatami üzərinə çıxmışdılar. Rüstəm Əkbərovun rəhbərliyi altında “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri 1 qızıl, 3 gümüş və 5 bürünc olmaqla 9 medal qazandılar.

Qeyd edək ki, yarışın qonaqları qismində Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, qurumun hakimlər kollegiyasının sədri Cahangir Babayev, karate üzrə böyüklərdən ibarət yığma komandanın baş məşqçisi Şahin Xudaverdiyev və yığma komandanın bir çox üzvləri, dünya və Avropa çempionları iştirak edirdilər. Onlar təşkilatçılıqla bağlı razılıqlarını ifadə edərək görülən işlərə görə “Zirvə” idman klubunun rəhbərliyinə təşəkkürlərini bildirdilər.

Mayın 12-də isə bədii gimnastika yarışları keçirildi. Azərbaycan Gimnastika Federasiyası ilə birgə təşkil olunan bu yarış idman ictimaiyyətinin yetərincə böyük marağına səbəb oldu. Açıq birincilikdə yeniyetmə gimnast qızlar medallar uğrunda mübarizə apardılar.

Yarışda ümumilikdə 130 gimnast çıxış etdi. Onlar Bakı, Sumqayıt, Xırdalan, İsmayıllı, Göyçay, Kürdəmir şəhərlərini təmsil edirdilər. “Zirvə” Beynəlxalq İdman Klubunun təmsilçiləri Rəfiqə Əliyevanın rəhbərliyi altında yarışdılar.

Təntənəli açılış mərasimindən sonra yarışlar başladı. Müxtəlif musiqi nömrələrini nümayiş etdirən gimnastlar tamaşaçıların alqışlarına layiq görüldülər. Ayrı-ayrı yaş qruplarında alətsiz, ip, gürz, lent, top və halqa ilə çıxış edərək qələbə qazanan qızlar medal və diplomlarla təltif olundular. Yarışın qonaqları Azərbaycan Gimnastika Federasiyasının rəhbər şəxs və mütəxəssisləri iştirak edirdilər.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş VI Zirvə Oyunlarında son olaraq ağır atletlər mübarizəyə qoşuldular. Mayın 13-də AAAF Parkın yarış zalında 4 yaş qrupunda 50-yə yaxın yeniyetmə atlet körpücük üzərinə çıxdı. Turnirə 2006-2008-ci il təvəllüdlü qızlar və oğlanlar qatılmışdılar. Hər yaş qrupu üzrə Sinkleyr cədvəli əsasında qaliblər müəyyən edildi. Maraqlı mübarizə şəraitində keçən yarış yüksək təşkilatçılıq səviyyəsi ilə yadda qaldı.

2006-cı ildən rəsmən fəaliyyətə başlayan “Zirvə” idman klubu Azərbaycan idmanında lider mövqedədir. İlk dəstəyini ümummilli lider Heydər Əliyevdən alan klub həm də müstəqil beynəlxalq statusa malikdir. Klubun adı da təsadüfi seçilməmişdir. Ulu öndər Heydər Əliyev idmançılarla görüşlərinin birində onlara xitabən “Mən sizləri həmişə zirvələrdə görmək istəyirəm” - demişdi. Klub yaradılarkən ulu öndərin sözlərinə istinad olunub və ad olaraq “Zirvə” seçilib.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM