Alternative content

06:41 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İstanbulda Azərbaycan və Gürcüstan parlament sədrləri arasında görüş olub
İstanbulda Azərbaycan və Gürcüstan parlament sədrləri arasında görüş olub
ANA SƏHİFƏ / PARLAMENT
10:05 16.05.2018

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ilə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze arasında görüş olub.

AZƏRTAC xəbər verir ki, görüş İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) 25-ci ildönümünə həsr olunmuş Spikerlərin Sammiti çərçivəsində keçirilib.

Azərbaycan-Gürcüstan münasibətlərinin tarixi köklərə bağlı olduğunu vurğulayan spiker İrakli Kobaxidze iki qonşu ölkə arasındakı əlaqələrin dinamik inkişafından, o cümlədən həyata keçirilən birgə layihələrin tarixi əhəmiyyətindən bəhs edib. İ.Kobaxidze Oqtay Əsədovu Gürcüstana səfərə dəvət edib.

Ölkələrimiz arasındakı mövcud səmimi dostluq və mehriban qonşuluq münasibətlərindən danışan Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Azərbaycan-Gürcüstan əməkdaşlığı nümunəvi olmaqla bərabər, xalqlarımızın maraqlarını da tam şəkildə ifadə edir. Gürcüstana dəvəti qəbul edən Oqtay Əsədov, öz növbəsində, İrakli Kobaxidzeni də ölkəmizə səfərə dəvət edib.

Hazırda uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də perspektivdə olan TANAP və TAP layihələrinin icra vəziyyəti yüksək qiymətləndirilib.

Ölkələrimiz arasındakı münasibətlərin inkişafında Azərbaycan və Gürcüstan parlamentlərinin üzərinə məsuliyyətli və şərəfli iş düşdüyünü diqqətə çatdıran tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparıblar.