Alternative content

03:25 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli İncəsənət Muzeyində rəssam Bayram Hacızadənin əsərləri sərgilənir
Milli İncəsənət Muzeyində rəssam Bayram Hacızadənin əsərləri sərgilənir
ANA SƏHİFƏ / Mədəniyyət
09:05 16.05.2018

Mayın 16-da Milli İncəsənət Muzeyində Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri, Əməkdar İncəsənət Xadimi Bayram Hacızadənin fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, rəssamın 50 illiyinə həsr olunan sərgi Mədəniyyət Nazirliyi, Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb.

Sərginin açılışından öncə mədəniyyət nazirinin müavini Ədalət Vəliyev çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Karikaturaçı rəssamın zəngin yaradıcılığından bəhs edən nazir müavini sərginin ekspozisiyasında yer alan əsərlərin özəlliyi haqqında məlumat verib. Bayram Hacızadənin karikatura tarixinin öyrənilməsi, tədqiqi və təbliği istiqamətində fəaliyyətini, bu sənət növünün inkişafında xidmətlərini yüksək qiymətləndirən Ə. Vəliyev ona yaradıcılıq axtarışlarında uğurlar arzulayıb.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Çingiz Fərzəliyev və Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov rəssamın zəngin yaradıcılığından danışıb, onun əsərlərinin özəlliyindən söz açıblar.

Sərgi çərçivəsində Bayram Hacızadənin müəllifi olduğu “Kirpi”nin rəssamları” adlı kitabının təqdimatı da olub. Üç cilddən ibarət kitabda 1952-1991-ci illər “Kirpi” satirik jurnalı ilə əməkdaşlıq edən rəssamların, karikatura ustalarının yaradıcılığı və fəaliyyəti haqqında ətraflı məlumat yer alıb.

Qeyd edək ki, sərgidə rəssamın yaradıcılığının son 30 ilini əhatə edən “Kirpi” satirik jurnalında, dövri mətbuat səhifələrində dərc olunan müxtəlif mövzulu karikaturalar, rəssamın beynəlxalq müsabiqələrdə mükafat almış əsərləri, eləcə də M.Ə.Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyaları və digər mövzulu karikaturaları nümayiş edilir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM