16 May 2018 05:05
562
Səhiyyə
A- A+

Nazirlər Kabinetində dərman vasitələrinə nəzarətin gücləndirilməsi ilə bağlı iclas keçirilib

Mayın 16-da Nazirlər Kabinetində dərman vasitələrinin qeyri-qanuni dövriyyəsinə, keyfiyyətinə və təyinatı üzrə istifadəsinə nəzarət məsələləri ilə bağlı iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi iclasda müvafiq dövlət qurumlarının rəhbərləri və nümayəndələri dərmanların idxalı və keyfiyyətinə dair müzakirələr aparıblar.

İclasda çıxış edən Baş nazirin müavini Əli Əhmədov dərman vasitələrinin dövlət tərəfindən qiymətlərinin tənzimlənməsi haqqında Azərbaycan hökumətinin qərarının olduğunu və bunun vətəndaşların sağlamlığına xidmət etdiyini bildirib. Qeyd edib ki, ölkəmizdə dərman vasitələri dövlət tərəfindən tənzimlənən qiymətlərlə satılır və Azərbaycan vətəndaşları bunu yüksək qiymətləndirir. Bunun nəticəsidir ki, bir neçə gün əvvəl saxta dərman satışı ilə məşğul olan bir qrup şəxs ifşa edilib.

Əhalinin sağlamlığının qorunması istiqamətində görülən işlərdən danışan Əli Əhmədov deyib ki, Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqət bu sahədə xeyli irəliləyişə səbəb olub. Dövlətimizin başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqla təchiz olunmasını, eləcə də vətəndaşlara pulsuz dərman vasitələrinin və preparatların verilməsini təmin edib. Artıq ölkəmizdə orta ömür müddəti uzanıb, yaşlı insanların sayı çoxalıb. Buna baxmayaraq, dərman bazarlarına keyfiyyətsiz məhsulların daxil olması barədə məlumatların olduğunu deyən Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanda saxta dərman satışına qarşı mübarizə qətiyyətlə davam edəcək.

Əli Əhmədov bildirib ki, dünyada saxta dərman problemi geniş yayılıb və buna qarşı mübarizə aparılır. Eyni zamanda, Azərbaycanda da saxta dərman satışına qarşı ciddi mübarizə tədbirləri görülür.

Baş nazirin müavini dərman istehsalı və satışı ilə məşğul olan müəssisələrin fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən yaradılan şəraitdən danışıb və bundan sonra da onlara hər zaman kömək olunacağını diqqətə çatdırıb.

Tədbirdə ölkəmizin dərman bazarında keyfiyyətsiz və qeydiyyatdan keçməyən preparatların mövcud olduğu bildirilib və bu cür mənfi hallara qarşı ciddi mübarizə tədbirləri görməyin vacibliyi vurğulanıb.

Sonda aparılan müzakirələrin nəticəsi olaraq dərman bazarında mənfi hallara qarşı ciddi mübarizə tədbirlərinin görülməsi ilə bağlı təkliflərin hazırlanması üçün işçi qrupun yaradılması qərara alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video