Alternative content

03:15 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Almaniya millisinin dünya çempionatı üçün genişləndirilmiş heyəti açıqlanıb
Almaniya millisinin dünya çempionatı üçün genişləndirilmiş heyəti açıqlanıb
ANA SƏHİFƏ / İDMAN
11:05 16.05.2018

Almaniya millisinin futbol üzrə dünya çempionatı üçün genişləndirilmiş heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, 27 nəfərlik heyətdə zədə səbəbindən bütün mövsümü buraxan “Bavariya”nın qapıçısı Manuel Noyer də yer alıb.

Heyətə qapıçılar - Bernd Leno ("Bayer"), Manuel Noyer (“Bavariya”), Mark-Andre ter Stegen (“Barselona”), Kevin Trapp (PSJ), müdafiəçilər - Jerom Boatenq, Mats Hummels, Niklas Zyule, Yozua Kimmix (hamısı "Bavariya"), Mattias Qinter ("Borussiya" Münhenqladbax), Yonas Hektor ("Köln"), Conatan Ta ("Bayer"), Marvin Plattenxardt ("Herta"), Antonio Rüdiqer ("Çelsi"), yarımmüdafiəçilər - Yulian Brandt ("Bayer"), Yulian Draksler (PSJ), İlkay Gündoğan ("Mançester Siti"), Sami Xedira ("Yuventus"), Toni Kroos ("Real"), Leon Qoretska, Sebastyan Rudi (hər ikisi "Bavariya"), Məsut Özil ("Arsenal"), hücumçular - Mario Qomes ("Ştutqart"), Marko Roys ("Borussiya" Dortmund), Lera Sane ("Mançester Siti"), Nils Petersen ("Frayburq"), Tomas Müller ("Bavariya") və Timo Verner ("Leyptsiq") daxil edilib.

Almaniya millisi dünya çempionatının “F” qrupunda Meksika, İsveç və Koreya Respublikası yığmaları ilə qarşılaşacaq.

Qeyd edək ki, yekun heyətə 23 futbolçunun adı daxil ediləcək.