Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

06:48 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında
ANA SƏHİFƏ / Qanunlar
01:05 16.05.2018

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, I kitab, maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846,  № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12, I kitab, maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19; Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 969-VQD nömrəli, 2018-ci il 1 fevral tarixli 981-VQD, 984-VQD nömrəli, 13 fevral tarixli 1002-VQD nömrəli, 6 mart tarixli 1035-VQD və 1038-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 410-cu maddə üzrə:

1.1. adında və 410.1-ci maddədə (birinci halda) “Dövlət büdcəsindən” sözlərindən sonra “və büdcədənkənar dövlət fondlarından” sözləri əlavə edilsin;

1.2. 410.1-ci (ikinci və üçüncü hallarda), 410.2-ci və 410.3-cü maddələrdə “dövlət büdcəsindən” sözlərindən sonra “və büdcədənkənar dövlət fondlarından” sözləri əlavə edilsin.

2. 460-cı maddənin adına və dispozisiyasına “və ya məcburi dövlət sosial sığorta haqlarını” sözlərindən əvvəl “, işsizlikdən sığorta” sözləri əlavə edilsin.

3. Aşağıdakı məzmunda 477-1-ci maddə əlavə edilsin:

“Maddə 477-1. İşsizlikdən sığorta haqqında qanunvericiliyin pozulması

477-1.1. Sığortaedən tərəfindən işsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına, yəni:

477-1.1.1.  sığortaedən kimi sığortaçıda qeydiyyata durmamasına;

477-1.1.2. işçiləri işsizlikdən sığorta etdirməməsinə;

477-1.1.3. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəməməsinə;

477-1.1.4. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə uyğun olaraq işçiyə xəbərdarlıq edildiyi gündən 5 gün müddətində həmin işçinin peşəsi, ixtisası və əməkhaqqı barədə sığortaçıya rəsmi məlumat verməməsinə;

477-1.1.5. sığorta haqqının hesablanmasına və ödənilməsinə, sığorta ödənişinin təyin edilməsinə əsas olan məlumatları sığortaçıya (elektron və ya kağız daşıyıcıda) təqdim etməməsinə;

477-1.1.6. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda özünün yenidən təşkil olunması və ya ləğv edilməsi barədə sığortaçıya məlumat verməməsinə;

477-1.1.7. sığorta haqqının hesablanmasının və köçürülməsinin uçotunu düzgün aparmamasına və bu barədə sığortaçıya hesabatı təqdim etməməsinə, sığorta ödənişi üçün əsas olan sənədlərin və məlumatların qorunub saxlanılmasını təmin etməməsinə görə -

fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat  məbləğində cərimə edilir.

477-1.2. Sığortaolunan tərəfindən sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verilməməsinə görə -

inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında cərimə edilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 aprel 2018-ci il

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM