Alternative content

00:59 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Beş yüzədək tələbə-könüllü “Bakı Marafonu-2018”ə dəstək verib
Beş yüzədək tələbə-könüllü “Bakı Marafonu-2018”ə dəstək verib
ANA SƏHİFƏ / Təhsil
10:05 15.05.2018

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2018”ə dəstək göstərib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, mart-aprel aylarında “Bakı Marafonu–2018”in icraçıları və tərəfdaşları ilə 10 ali təhsil müəssisəsində təqdimatlar keçirilib, üç minədək müəllim və tələbəyə marafonun tarixi, qaydaları, qeydiyyat prosesi, marşrutu barədə məlumat verilib.

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının əhatə etdiyi 37 ali və orta ixtisas təhsil müəssisəsindən marafona qatılmaq istəyən tələbələr üçün “Bir” könüllü-əlaqələndiriciləri vasitəsilə birbaşa çıxış imkanı yaradılıb.

Beləliklə, “Bakı Marafonu-2018”də “Bir” Tələbə-Könüllü proqramının 500-dək tələbə-könüllüsü iştirak edib.

Dövlət Bayrağı Meydanından başlanan və Bakı Olimpiya Stadionunda bitən Bakı Marafonunun bütün iştirakçıları tələbə-könüllülərin dəstəyindən faydalanıblar.

Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 16 mindən artıq könüllü bazasına sahibdir. Fəaliyyət göstərdikləri iki il ərzində 150-dən çox müxtəlif səviyyəli tədbirləri müşayiət edən könüllülər ölkəmizin yeddi regionunda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Masallı) təmsil olunublar.

Proqram tələbələrin karyera imkanlarını qazanmasında, dərsdənkənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır.