Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

15:19 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağının iyunun 8-də keçirilməsi nəzərdə tutulur
Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağının iyunun 8-də keçirilməsi nəzərdə tutulur
ANA SƏHİFƏ / Elm və texnika
10:05 15.05.2018

Mayın 15-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Akademik A.Əlizadə Prezidenti İlham Əliyevin “Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” müvafiq Fərmanını xatırladıb. Akademiyanın bir neçə üzvünün komissiyanın tərkibinə daxil olduğunu diqqətə çatdırıb.

AMEA-nın rəhbəri 2018-ci il üzrə akademiyadan Dövlət Mükafatları Komissiyasına təqdim olunan əsərlər haqqında məlumat verib.

Tədbirdə AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər doktoru Fətəli Abdullayevin “AMEA-nın Yüksək Texnologiyalar Parkının fəaliyyəti haqqında” mövzusunda məruzəsi dinlənilib.

Sonra AMEA-nın növbəti ümumi yığıncağının keçirilməsi haqqında müzakirə aparılıb. Mövzu ilə bağlı çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev yığıncağın gündəliyindəki məsələlər barədə məlumat verib.

Rəyasət Heyəti tədbirin bu il iyunun 8-də keçirilməsini qərara alıb, gündəliyi təsdiqləyib.

İclasda AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda kompüter genomikası beynəlxalq laboratoriyasının yaradılması məsələsinə baxılıb. AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, Genetik Ehtiyatlar İnstitutunda yeni nəsil sekvenserləri (YNS) ilə təchiz olunmuş laboratoriya qurulduqdan sonra genom səviyyəsində tədqiqatlar sahəsində mühüm nailiyyətlər qazanılıb.

Akademik YNS-dən istifadə etməklə bitki genetik ehtiyatlarının genotipləşdirilməsi sahəsində dünyanın ən aparıcı elmi mərkəz və universitetlərində istifadə olunan “sekvens əsasında genotipləşdirmə” və “çoxpraymerli amplikon sekvensləmə” metodları ilə tədqiqatlara başlanıldığını, mindən çox bitki nümunəsinin genotipləşdirildiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, Rəyasət Heyəti tərəfindən maliyyələşdirilən elmi tədqiqat proqramı çərçivəsində ilk dəfə “Azərbaycan gülöyşəsi” nar sortunun tam genomunun de-novo oxunması və altı orqanı üzrə transkriptom analizi yekunlaşdırılıb. Əldə edilən genom məlumatlarının analizi istiqamətində kompüter genomikası və bioinformatika sahəsi üzrə ABŞ, Rusiya, Yaponiya, Avstraliya və digər ölkələrdə fəaliyyət göstərən xarici alimlərlə sıx əməkdaşlıq qurulub.

Ə.Əmiraslanov bildirib ki, xaricdə yaşayan azərbaycanlı və əcnəbi alimlərlə genom tədqiqatları sahəsində aparılan birgə elmi tədqiqat işlərinin daha da gücləndirilməsi məqsədilə kompüter genomikası beynəlxalq laboratoriyasının yaradılmasına ehtiyac var.

Rəyasət Heyəti qeyd olunanları və bölmənin vəsatətini nəzərə alaraq Genetik Ehtiyatlar İnstitutunun biotexnologiya şöbəsinin tərkibində kompüter genomikası beynəlxalq laboratoriyasının yaradılması haqqında qərar qəbul edib.

Sonra Rəyasət Heyəti Genetik Ehtiyatlar İnstitutunda insan genetikası laboratoriyasının və Zoologiya İnstitutunun Mingəçevir elmi-təcrübə dayaq stansiyasının yaradılmasını, həmçinin Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin strukturunda qismən dəyişiklik edilməsini qərara alıb.

İclasda bir sıra elmi-təşkilati və kadr məsələlərinə də baxılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM