15 May 2018 09:05
637
Səhiyyə
A- A+

Altsheymer xəstəliyinin müalicəsində mühüm mərhələ

Fantastik filmlərin əsas mövzularından biri olan yaddaş köçürülməsi getdikcə elmi reallığa çevrilir. Alimlər ribonuklein turşusu (RNT) adlandırılan genetik məlumatı bir ilbizdən digərinə köçürməklə buna müvəffəq olublar.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, “eNeuro” elmi jurnalında dərc edilən və yaddaşın fiziki təməlləri mövzusunda yeni dəlillər əldə edilməsinə ümid bəslənilən tədqiqatlar zamanı Aplisiya adlandırılmış ilbizə aşağı dozada elektrik cərəyanı yeridilib və onun reaksiyası araşdırılıb. Məlum olub ki, ardıcıl elektrik cərəyanı alan ilbiz 50 saniyə davam edən qıvrılmalarla özünümüdafiə cəhdi göstərdiyi halda, bu təsirə ani məruz qalan ilbiz yalnız bir saniyəlik reaksiya verib. Bunun sayəsində elektrik cərəyanına alışdırılan ilbiz daha həssas vəziyyətə gətirilib. Onun sinir sistemindən əldə edilən RNA digər ilbizə köçürülüb. Bu transferdən sonra həmin ilbiz də bənzər özünümüdafiə hərəkətlərini 40 saniyə ərzində təkrar edib.

Kaliforniya Universitetinin professoru Devid Qlenzmen bildirib ki, bu təcrübələr ilə sanki “bir yaddaş köçürülüb”. Tədqiqatlar zamanı ilbizlərin heç bir zərər görmədiyini diqqətə çatdıran professor əlavə edib: “Bunlar dəniz ilbizləridir və həyəcan vəziyyətində özlərini ovçulardan qoruyan çəhrayı mürəkkəb ifraz edirlər. Onlar bu hərəkəti təcrübələrin gedişində də ediblər, amma elektrik cərəyanından zərər görməyiblər”.

Alimlər bu tədqiqatların Altsheymer, travmadan sonra əsəb gərginliyi kimi xəstəliklərin müalicəsində mühüm bir mərhələ olacağı qənaətindədirlər. Ənənəvi olaraq, uzunmüddətli xatirələrin beynin sinir qatlarında toplandığı güman edilirdi. Məlum olduğu kimi, hər bir neyronun bir neçə sinir qatı var. Lakin professor Qlenzmen bunun əksinə olaraq iddia edir ki, xatirələrin sinir qatlarında toplandığı təqdirdə bu tədqiqatların uğurla nəticələnməsi mümkün deyildi. Onun sözlərinə görə, xatirələr neyronların özündə toplanır.

Tədqiqatçılar insanın sinir sistemində 100 milyard, amma ilbizinkində isə cəmi 20 min neyron olduğunu xatırlatmaqla yanaşı, hər iki canlının molekul quruluşunda və hüceyrələrin yaranmasında müəyyən oxşarlığın olduğunu bildirirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video