Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

00:52 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türk dünyasının böyük yazıçısı Çingiz Aytmatov Bakıda yad olunub
Türk dünyasının böyük yazıçısı Çingiz Aytmatov Bakıda yad olunub
ANA SƏHİFƏ / Mədəniyyət
06:05 15.05.2018

Mayın 15-də Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Bakı ofisində türk dünyasının böyük yazıçısı, görkəmli ictimai-siyasi xadim Çingiz Aytmatovun 90 illiyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları tanınmış siyasi-ictimai xadimlər, elm adamları iştirak ediblər.

Əvvəlcə qonaqlar "Çingiz Aytmatovla dostlarının görüşü" adlı fotosərgiyə baxıblar.

TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.

"Bildiyiniz kimi bütün türk dünyasının böyük yazıçısı Çingiz Aytamatovun 90 illiyi münasibətilə silsilə tədbirlər keçirilir. Görkəmli yazıçının xatirəsinə həsr edilmiş tədbirin təşkilatçılarından biri də TÜRKPA-dır. O, bütün əsərlərinə film çəkilmiş unudulmaz yazardır. Görkəmli yazıçı Azərbaycanın da böyük təəssübkeşi idi", - deyə baş katib söyləyib.

Natiq deyib ki, 1952-ci ildən qırğız və rus dillərində ilk əsərləri çap olunsa da, onun imzasının oxucular arasında tanınması Moskva Ali Ədəbiyyat İnstitutunda təhsil almasından sonra başlayıb.

Bildirilib ki, ən yüksək fəxri adlara və mükafatlara layiq görülmüş Çingiz Aytmatov SSRİ ərazisində yaşayan bütün xalqların ən sevimli yazıçısı kimi tanınıb, rəğbət hissi ilə qarşılanıb. Onun əsərləri ötən əsrin 60-cı illərindən ömrünün sonunadək dünyanın hər yerində böyük sevgi və məhəbbətlə oxunmaqla yanaşı, 76 dilə tərcümə edilib. Prezident İlham Əliyev vaxtilə türk dünyasının böyük ədibini ölkəmizdə keçirilən bütün beynəlxalq forumlara dəvət edib. Çingiz Aytmatov Azərbaycanda baş verən intibahdan qürur duyduğunu dəfələrlə dilə gətirib, Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işləri türk dünyasının böyük nailiyyəti hesab edib.

Vurğulanıb ki, türk dünyası yaşadıqca Ç.Aytmatov dühasının yaratdığı söz körpüsü də əbədi olaraq yaşayacaq.

Sonra görkəmli yazıçının həyat və yaradıcılığına həsr edilmiş videoçarx nümayiş edilib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar yazıçının yaradıcılığından söz açıb. Dünyada qırğız mədəniyyətinin uğurlarından danışan Anar deyib ki, bu mədəniyyətin dünyaya bəxş etdiyi ən ali dəyərlərdən bir də Çingiz Aytmatov olub. "O, qırğız torpağının bütün gözəlliyidir. Onun vasitəsilə türk xalqlarının tarixini daha da yaxından tanıdıq. Bizi yaş fərqinə baxmayaraq, çox şeylər bağlayırdı. Çingiz Aytmatovun adına Bakıda bir küçə olsa daha yaxşı olar. Biz bunla bağlı TÜRKPA-nın adından müraciət qəbul edəcəyik".

Qırğızıstanın ölkəmizdəki müvəqqəti işlər vəkili Bakıt Usupov yazıçının yaradıcılığı haqqında qonaqlara məlumat verib. Görkəmli yazıçının yaradıcılığının tamamilə fəlsəfi üstünlüklərindən danışan diplomat deyib ki, Ç.Aytmatov zaman və insan haqqında elə tərzdə yazıb ki, onun təsirindən milyonlarla insan düşüncəsinin həmrəyliyi yaranıb. Yazıçını bəşəri problemlər düşündürsə də, yaratdığı obrazlar tarixi yaddaşın daşıyıcısı olub. Çingiz Aytmatov dünyanın ədəbi prosesinə təsir göstərə bilmiş bir şəxsiyyətdir. Onun əsərləri Azərbaycan dilinə tərcümə edilərək dəfələrlə çap olunub və ölkənin ali və orta təhsil müəssisələrinin tədris proqramına daxil edilib.

Görkəmli yazıçı hər zaman Azərbaycana səfərindən xüsusi qürur hissi keçirib. Ümummilli lider Heydər Əliyev onun yaradıcılığını hələ ötən əsrin 60-cı illərindən başlayaraq yüksək qiymətləndirib. Çingiz Aytmatov isə ulu öndər Heydər Əliyevin türk dünyasının qüdrətli lideri olduğunu dəfələrlə yazılarında, müsahibələrində bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli yazıçının türk dünyası ədəbiyyatına bəxş etdiyi töhfələrdən bəhs edib. "Çingiz Aytmatov Nobel mükafatı almasa da, bu mükafatı almış onlarla yazıçı onu heyranlıqla qarşılayırdı. Hesab edirəm onun yaradıcılığı Nobel mükafatından da üstün idi. O, dünya ədəbiyyatının əbədi magikandırı. Azərbaycan xalqı Çingiz Aytmatovu özünün böyük yazıçısı hesab edir. Onun bir çox əsərləri Azərbaycan dilinə tərcümə olunub. Bu gün ölkəmizdə hər kəs Çingiz Aytmatovu mütaliə edir. Ulu Öndər deyirdi ki, Ç.Aytmatov bütün türk dünyasının böyük yazıçısıdır. O, hər zaman ədalətin keşiyində dayanan böyük yazıçılardan idi. Bir sıra doktorantlar Çingiz Aytmatovdan dissertasiya edib. Çingiz Aytmatov irsi Azərbaycan ədəbiyyatı üçün də bir nümunədir. O Cəlil Məmmədquluzadəni türk dünyasının yazarlarının müəllimi adlandırırdı. Ç.Aytmatov oxuduqca öyrəniləsi ədibdir, yazıçıdır. Təbii ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu da görkəmli yazıçı ilə bağlı müxtəlif tədbirlərin təşkilini planlaşdırır".

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva yazıçının dünya ədəbiyyatı tarixində sözünü demiş, imzasını təsdiqləmiş ədəbiyyat adamı kimi xarakterizə edib.

Bütün türk dünyasının onunla qurur duyduğunu deyən G.Əfəndiyeva söyləyib ki, Çingiz Aytmatov milli yazıçıdır. Onun əsərlərində həm millilik, həm də bəşərilik var. “Bizim təşkilat Çingiz Aytmatovun əsərlərini müxtəlif dillərə tərcümə etməklə onu dünyanın bir sıra ölkələrinə təqdim edəcək. Çingiz Aytmatovun əsərlərindən biri yaxın gələcəkdə sənət ocaqlarından birində tamaşaya qoyulacaq. 2001-ci ildə İstanbulda konsulluqda işlədiyim zaman Çingiz Aytamtovla tanış olarkən onun böyüklüyünü bir daha hiss etdim. Türk dünyası, həm də Çingiz Aytamatovla qurur duyur. Təklif edirəm ki, türk dünyasının görkəmli yazıçıları ilə bağlı silsilə tədbirlər keçirilsin".

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Azərbaycan-Qırğızıstan dostluq qrupunun rəhbəri, Milli Məclisin deputatı Musa Quliyev, Xalq Şairi Sabir Rüstəmxanlı və digərləri çıxış edərək yazıçının həyat və yaradıcılığından, zəngin ədəbi irsindən, türk dünyası ədəbiyyatı tarixinə bəxş etdiyi töhfələrdən söz açıblar.

Görkəmli yazıçının ailəsi adından oğlu Askar Aytmatov çıxış edərək atasının xatirəsinə göstərilən ehtiramdan məmnunluğunu ifadə edib, tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM