“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi müzakirə olunub
Mayın 15-də Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Aqiyə Naxçıvanlı “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə martın 6-da Milli Məclisə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi təqdim olunub. Bu qanun layihəsi Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq hüquqları haqqında, İctimai Televiziya və Radio yayımı haqqında, Kütləvi informasiya vasitələri haqqında qanunlara, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq hazırlanıb. Qanun Azərbaycanda uşaqların hüquqlarını və azadlıqlarını, uşaqların sağlamlığının və inkişafının qorunması, onların mənəviyyatına, psixi, fiziki, sosial inkişafına ziyan vuran informasiya məhsullarından müdafiə olunması sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Qanun layihəsi 5 fəsil, 19 maddədən ibarətdir.
Milli Məclisin deputatı Sahibə Qafarova deyib ki, son illərdə informasiyanın, o cümlədən informasiya-kommunikasiya texnologiyalarının həyatımıza nüfuz etməsi və onun gündəlik yaşamımıza ciddi təsirləri inkaredilməzdir. Əlbəttə, bunun bir çox müsbət tərəfləri ilə yanaşı, müəyyən çətinlikləri də ortaya çıxır. Azərbaycan qlobal informasiya məkanının subyektlərindən biridir. Ölkəmizdə internet istifadəçiləri ölkə əhalisinin 80 faizini təşkil edir. Belə olduğu halda, informasiya resurslarının imkanlarından doğru istifadə olunmalıdır. Çünki informasiya məkanımızın düzgün istiqamətə yönləndirilməsi milli maraqlarımız baxımından strateji əhəmiyyətli məsələdir. Uşaqların təhlükəsizliyinin qorunması, onların fərd olaraq təhlükəsizliyinə zəmanət verilməsi demokratik cəmiyyətlərdə mühüm vəzifələrdən biridir. Azərbaycan Respublikası da uşaq hüquqlarının qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Qəbul olunan qanun və qərarlar, Azərbaycan hökuməti tərəfindən atılan praktiki addımlar ölkəmizin bu sahədə də nümunəvi model təqdim etdiyini göstərir.
Daha sonra Milli Məclisin deputatları Tahir Rzayev, Sədaqət Vəliyeva, Dilarə Cəbrayılova, Ağacan Əbiyev və digərləri layihə ilə bağlı fikirlərini bildiriblər.
Sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC-nin səhmdarlarının nəzərinə
25 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyində olan struktur idarələrə tələb olunan tikinti...
25 Aprel
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!