Alternative content

23:41 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təhsil Nazirliyi dünya çempionatında uğurlu nəticə göstərən məktəbli şahmatçıları mükafatlandırıb
Təhsil Nazirliyi dünya çempionatında uğurlu nəticə göstərən məktəbli şahmatçıları mükafatlandırıb
ANA SƏHİFƏ / Təhsil
08:05 14.05.2018

Mayın 14-də təhsil naziri Ceyhun Bayramov Albaniya Respublikasının Durres şəhərində keçirilən şahmat üzrə məktəblilərin dünya çempionatında uğurlu nəticə göstərən şahmatçılarla görüşüb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazir çempionatın qızıl medalçısı Murad İbrahimlini, gümüş medalçıları Aytac Heydərovanı, Yusif Kərimlini və bürünc medalçısı İsmayıl Süleymanlını qazandıqları nailiyyətlərə görə təbrik edib, bu uğurların davamlı olacağına əminliyini vurğulayıb.

Görüşdə dünya çempionatının qaliblərinə Təhsil Nazirliyi tərəfindən “Təşəkkürnamə” və qiymətli hədiyyələr təqdim edilib.