Alternative content

07:55 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan cüdoçusu Avropa kubokunun qızıl medalını qazanıb
Azərbaycan cüdoçusu Avropa kubokunun qızıl medalını qazanıb
ANA SƏHİFƏ / İDMAN
03:05 14.05.2018

Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku yarışları keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində Azərbaycan finalı olub. Belə ki, Mehman Sadıqov və Kəramət Hüseynov bütün rəqiblərinə qalib gələrək həlledici qarşılaşmada görüşüblər. Nəticədə Mehman Sadıqov qızıl, Kəramət Hüseynov gümüş medal qazanıblar.

Qeyd edək ki, Orenburq turnirində 16 ölkədən 279 cüdoçu mübarizə aparıb.