13 May 2018 10:05
411
İDMAN
A- A+

Türkiyə vətəndaşı Ömər Alkanoğlu: Bakı marafonunda rəqabət güclü idi

Azərbaycandakı marafonda ilk dəfədir ki, iştirak edirəm. Bu yarışa yaxşı hazırlaşmışdım. Marafon yüksək səviyyədə təşkil edilib. Ötən il Almaniyada keçirilən marafona da qatılmışdım. Bu gün Bakıda təşkil olunan marafonda rəqabət güclü idi. Yarışda iştirak etmək üçün 18 minədək insan qeydiyyatdan keçib.

AZƏRTAC xəbər verir ki, marafonda kişilər arasında üçüncü yerə çıxan 27 yaşlı Türkiyə vətəndaşı Ömər Alkanoğlu jurnalistlərə müsahibəsində Bakıda belə bir yarışda medal qazanmasının onun üçün qürurverici olduğunu bildirib. O deyib: “Azərbaycan qardaş ölkə olduğu üçün burada özümü çox rahat hiss etdim. Sevinirəm ki, Bakıda mükafatçılar sırasında yer ala bildim”.

Azərbaycan xalqının qonaqpərvərliyini, azarkeşlərin idmana verdiyi dəstəyi yüksək qiymətləndirən türkiyəli idmançı Bakı Marafonunun gələcəkdə daha çox iştirakçını əhatə edəcəyinə inamını ifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video