Alternative content

20:43 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Altı rayonun abituriyentləri üçün Göyçayda keçirilən ali məktəblərə qəbul imtahanları uğurla başa çatıb
Altı rayonun abituriyentləri üçün Göyçayda keçirilən ali məktəblərə qəbul imtahanları uğurla başa çatıb
ANA SƏHİFƏ / Təhsil
10:05 13.05.2018

 Dövlət İmtahan Mərkəzi (DİM) mayın 13-də Göyçay rayonunda 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün ikinci və üçüncü ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

Dövlət İmtahan Mərkəzinin Göyçay regional bölməsindən AZƏRTAC-a bildiriblər ki, imtahanlar Göyçay şəhərində 3 mərkəzdə təşkil olunub. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində, şəhər 1 və 7 saylı orta məktəbdə keçirilən imtahanlarda 1520 abituriyent iştirak edib.

Ümumilikdə 56 zalda keçirilən imtahanların idarə olunmasına 10 imtahan rəhbəri və 118 nəzarətçi müəllim ayrılıb. İmtahan mərkəzlərində abituriyentlərə biliyini nümayiş etdirmələri üçün hər cür şərait yaradılıb. Göyçay, Ucar, Zərdab, Kürdəmir, Ağsu və İsmayıllıdan olan abituriyentlər şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni təqdim etdikdən sonra imtahana buraxılıblar.

İmtahanlar nəzərdə tutulan qaydalara uyğun saat 11:00-da başlayıb və 3 saat davam edib. İmtahanda abituriyentlərə hər fəndən 25 test tapşırığı olmaqla ümumilikdə 125 test tapşırığı təqdim olunub. Suallar II ixtisas qrupunda riyaziyyat, coğrafiya, xarici dil, tarix və ana dili fənlərindən, III ixtisas qrupunda isə riyaziyyat, tarix, ana dili, ədəbiyyat və xarici dil fənlərindən olub. Təqdim olunan 125 sualdan 12-si açıq tipli test tapşırıqları olub.

DİM-in Göyçay regional bölməsindən bildirilib ki, hər 3 mərkəzdə imtahanlar mövcud təlimata uyğun aparılıb. Şəffaf şəraitdə keçən imtahanların gedişində heç bir qanun pozuntusu qeydə alınmayıb. İmtahan rəhbərləri, nəzarətçi müəllimlər öz vəzifələrini peşəkarlıqla yerinə yetiriblər.