Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

07:54 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Alimlər Astarada toplaşdılar
Alimlər Astarada toplaşdılar
ANA SƏHİFƏ / Elm və texnika
12:05 13.05.2018

 

Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Lənkəran Regional Elm Mərkəzi, Astara Rayon İcra Hakimiyyəti və Kənd Təsərrüfatı İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən seminar “Çay, çəltik və sitrus bitkilərinin mütərəqqi becərmə texnologiyaları” mövzusuna həsr olunmuşdur.

Astara RİH-in başçısı Q.Ağayev, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Ə.Quliyev, AMEA Lənkəran REM-nin direktoru, professer F.Quliyev, AMEA TAİ “Üzvi gübrələr” laboratoriyasının müdiri, əməkdar elm xadimi, professor P.Zamanov, AMEA TAİ “Üzvi gübrələr” laboratoriyasının aparıcı elmi işçisi, professor Ə.Əlizadənin iştirak etdikləri tədbirdə Astara və ətraf rayonlardan çay, çəltik və sitrusçuluqla məşğul olan fermerlər iştirak etmişlər.

Tədbiri açan Astara RİH-in başçısı Qəzənfər Ağayev ölkəmizdə aprar sahənin inkişafı istiqamətində aparılan siyasətdən, kənd təsərrüfatının inkişafı ilə əlaqədar görülən tədbirlərin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Prezident İlham Əliyev tərəfindən son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar mühüm qərarlar qəbul edilmiş, tədbirlər həyata keçirilmişdir. Prezident 2017-ci il sentyabrın 3-də Lənkəran şəhərində çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişafı ilə əlaqədar keçirdiyi respublika müşavirəsində bu sahələrin dirçəldilməsinin vacibliyini qeyd etmiş,  tapşırıqlarını vermişdir: “Dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar   rayonun  fermer təsərrüfatlarının başçıları, istehsal, emal müəssisələrində çalışan sahibkarların iştirakı ilə rayonda işgüzar görüş keçirilmişdir. Prezidentin tövsiyə və tapşırıqları diqqətə çatdırılmış, kənd təsərrüfatının rayonumuz üçün xarakterik sahələrinin inkişaf yolları barədə fikir mübadiləsi aparılmışdır.   Nəticədə qısa müddətdə 1500 hektara yaxın əkinəyararlı torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir”.

Seminarda çıxış edən professorlar - Ə.Quliyev, F.Quliyev, P.Zamanov, Ə.Əlizadə  kənd təsərrüfatının inkişafında elmin rolu, Lənkəran-Astara zonasında çayçılıq və çəltikçilikdə üzvi gübrələrdən istifadənin səmərəliliyi, torpaqlardan müasir texnologiyalar əsasında səmərəli istifadə üsulları, çəltikçilikdə yeni texnologiyadan istifadə qaydaları barədə fermer və sahibkarlara geniş məlumat vermişlər. Tədbir müzakirələrlə başa çatmışdır.

 

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM