Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

12:32 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 166 yaşlı pravoslav kilsəsi
166 yaşlı pravoslav kilsəsi
ANA SƏHİFƏ / Oxucu məktubları
12:05 13.05.2018

 

Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən pravoslav kilsəsinin tarixi XIX əsrin ortalarına gedib çıxır. Türkmənçay müqaviləsindən sonra Şimali Azərbaycan torpaqlarına, o cümlədən Cəlilabad rayonuna köçürülmüş xristian inanclı ruslar ibadət etməkdən ötrü burada əvvəlcə kiçik bir bina tikiblər.

Amma həmin tikili rusların kütləvi ibadətləri üçün darısqal olduğundan cənub bölgəsində analoqu olmayan bu kilsənin inşa edilməsi qərara alınıb. Kilsənin Azərbaycan ərazisində inşa edilməsi ikinci rus-İran müharibəsi ilə əlaqədardır. 1826-1828-ci illərdəki müharibədə İran ruslara müqavimət göstərə bilməyərək məğlub olur, rus qoşunları bu əraziləri ələ keçirirlər. İranla bağlanmış Türkmənçay müqaviləsinin əsas şərtlərindən biri rusların işğal etdikləri ərazidə məskən salmaq imkanlarını əldə etməkdən ibarət idi. Beləliklə, 1829-cu ildən başlayaraq ruslar Azərbaycanda birinci olaraq Cəlilabad ərazisində məskunlaşmağa başlayıblar. Onlara “azad gəlmələr” adı verilmişdi. Çünki dövlət xəsinəsinə pul köçürmək yolu ilə azadlıq əldə etmişdilər və istədikləri yerdə yaşaya bilərdilər. Cəlilabadın Privolnoye kəndinin də adı rus dilində  “azad gəlmələr” mənasını verir.  

Tikintisinə 1848-ci ildə başlanan kilsə 4 ildən sonra istifadəyə verilib. Amma tikilinin çöl divarında asılmış lövhədə 1878-ci ildə istifadəyə verildiyi göstərilib. Altı günbəzdən ibarət olan bu qədim memarlıq abidəsinin tikinti işləri əsasən yerli memarlar tərəfindən aparılıb. Odur ki, kilsənin pəncərə və divarlarında Azərbaycanın milli memarlıq üslubunun çalarları açıq-aşkar nəzərə çarpır.

Qeyd edək ki, ötən əsrin 30-cu illərində Sovet İttifaqı Kommunist Partiyasının ateizm ideologiyası bir sıra dini abidələrlə yanaşı, Göytəpə şəhərindəki kilsənin də üzərindən qara yellərin əsməsinə səbəb olub. İnsanlara öz dini mərasimlərini yerinə yetirmək qadağan edildiyindən, bu əzəmətli memarlıq abidəsinin qapıları bağlanıb.

1990-cı illərin əvvəllərində Cəlilabad rayonunda yaşayan rusların əksər hissəsinin öz qədim dədə-baba torpaqlarına köçməsi və Göytəpədəki kilsənin dindarlar tərəfindən  istifadə olunmaması səbəbindən bu tarixi abidə Mədəniyyət Nazirliyinin sərəncamına verilib.

Yerli əhəmiyyətli abidə kimi 4177 saylı inventarla rəsmi qeydiyyata alınan kilsənin birinci mərtəbəsində  hazırda Göytəpə şəhər kitabxanası yerləşir. Təqdirəlayiq haldır ki, mədəniyyət işçiləri tərəfindən bu tarixi abidə göz bəbəyi kimi qorunur.    Bununla belə, tikildiyi vaxtdan cəmi bir dəfə təmir olunan Göytəpə kilsəsinin bərpaya ehtiyacı var. 

 

Ağaddin BABAYEV,

yazıçı-jurnalist

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM