Alternative content

16:55 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında
ANA SƏHİFƏ / Qanunlar
12:05 12.05.2018

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838; 2014, № 7, maddələr 766, 787, № 10, maddə 1165; 2015, № 5, maddə 503; 2016, № 2 (II kitab), maddə 215, № 11, maddə 1773, № 12, maddə 2010; 2017, № 2, maddə 154, № 5, maddə 755, № 6, maddə 1043) 13-cü maddəsinə, 20.4-cü maddəsinin ikinci cümləsinə, 24.1-ci maddəsinə, 24.2-ci maddəsinin birinci cümləsinə, 35.1-ci maddəsinin birinci və üçüncü cümlələrinə, 35.3-cü, 40-cı maddəsinin ikinci cümləsinə, 41-ci maddəsinə, 42.1-ci maddəsinin birinci cümləsinə, 43.1-ci maddəsinin birinci cümləsinə, 43.2-ci maddəsinin birinci cümləsinə, 43.3-cü, 44.3-cü maddələrinə ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı” sözlərindən sonra ismin müvafiq hallarında “, yaxud müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri, 49.2.11-ci maddəsinə və 66.3-cü maddəsinin ikinci cümləsinə  “orqanına” sözündən sonra “(müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda isə həmçinin onun yaratdığı quruma)” sözləri, 34.2-ci maddəsinə, 34.4-cü maddəsinin birinci cümləsinə, 38-ci, 44.1-ci, 47.4.5-ci (birinci halda), 47.4.6-cı (birinci halda), 48.3.1-ci, 48.3.3-cü maddələrinə, 48.3.5-ci maddəsinin ikinci cümləsinə, 75.1-ci maddəsinin birinci cümləsinə, 75.1-1-ci maddəsinin birinci cümləsinə, 75.2-ci maddəsinin birinci cümləsinə, 75.3-cü maddəsinin birinci və ikinci cümlələrinə, 75.4-cü maddəsinin birinci cümləsinə (birinci halda) və üçüncü cümləsinə, 75.4-1-ci maddəsinə, 75.5-ci maddəsinə, 75.6-cı maddəsinin birinci cümləsinə, 75.9-cu maddəsinin birinci cümləsinə, 75.10-cu maddəsinin birinci cümləsinə, 76.1-ci, 76.2-ci maddələrinə, 80.4-cü maddəsinin birinci və ikinci cümlələrinə, 82.1-ci (birinci halda), 82.2-ci (birinci halda) maddələrinə, 84.1-ci maddəsinin birinci cümləsinə (birinci halda), 84.2-ci maddəsinin birinci cümləsinə, 86.1.1-ci maddəsinə, 86.3-cü maddəsinin birinci cümləsinə,  89.2-ci maddəsinə,  90.1-ci maddəsinin ikinci cümləsinə, 90.3-cü, 94.3-cü, 101.2-ci (birinci halda) maddələrinə, 102.2-ci maddəsinin birinci cümləsinə (birinci halda), 102.3-cü maddəsinin birinci və üçüncü cümlələrinə, 102.4-cü (birinci halda), 102.5-ci (birinci halda) maddələrinə, 102.6-cı maddəsinin birinci cümləsinə, 102.7-ci maddəsinin birinci cümləsinə (birinci halda) və 103.2-ci maddəsinin birinci cümləsinə (birinci halda) ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı” sözlərindən sonra ismin müvafiq hallarında “və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 mart 2018-ci il

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM